Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Uşaqların xarakteri bu gün qələbədə böyük rol oynadı" -Zaur Həşimov
Misli Premyer Liqasının XIII turunun “İmişli” – “Şəfa” oyunundan (1:3) sonra qonaq komandanın baş məşqçisi Zaur Həşimov jurnalistlərin suallarını cavablandırıb.
Sportfm.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:
– Bu qələbəyə çox ehtiyacımız var idi. Uşaqlar bacardıqlarından daha artığını etdilər. Şükürlər olsun ki, 3 xal qazana bildik. Ümumi götürəndə, gərgin matç keçdi. Bəzi məqamlarda biz, bəzilərində rəqib yaxşı oynadı. Təəssüf ki, standart vəziyyətdən qol buraxdıq.
– Qələbədə həlledici məqam nə oldu?
– Müdafiədə minimum səhvə yol verdik. Bundan öncə də iki qol vurduğumuz oyunlar olmuşdu. Bu gün isə üç top vura bildik. Uşaqların xarakteri bu gün qələbədə böyük rol oynadı.
– Rəhbərliyin sizə olan etimadını nə dərəcədə hiss edirsiziniz?
– Klub rəhbərliyi ilə mütəmadi olaraq görüşürük. Son görüşdə də mənə etimadlarını göstərdilər.
– Musa Queli komandanın lideri hesab etmək olar?
– Bəli, Musa sözsüz ki, komandamızın liderlərindən biridir. Ondan həm vinger, həm də yarımmüdafiəçi kimi istifadə edirik. Komandaya çox böyük fayda verir.
– Qarşıda “Neftçi”, “Sabah” və “Qarabağ”la oyunlar var. Komandanı bu ağır perioddan necə çıxarmağı düşünürsünüz?
– Belə məqamda xarakter vacib rol oynayır. Bu üç oyunda xal qazanmaq üçün əlimizdən gələni edəcəyik./futbolpress.az/

Oxşar xəbərlər
"Oyunçularım azərbaycanlı xarakteri göstərdilər" - Qurban Qurbanov
"Aqil müəllimin bu qələbədə rolu böyük oldu" - Kosayev
"Ümumi gedişat da bizi sevindirməyə əsas verir" - Kurban Berdıyev
"Mən vəzifə xəstəsi deyiləm" - Rəşad Sadıqov
Elxan Abdullayev: “Bu komanda ilə nəsə etmək çox çətindi”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası