reklam
“Turan” İstanbulda çətin sınağa çıxır
Sportfm.az xəbər saytı

“Turan” İstanbulda çətin sınağa çıxır


Azərbaycanı CEV Çempionlar Liqasının əsas mərhələsində təmsil edən qadınlardan ibarət “Turan” klubu növbəti oyununu İstanbulda keçirəcək.
Sportfm.az xəbər verir ki, komanda dekabrın 2-də qrup mərhələsinin II turu çərçivəsində turnirin son finalçısı “Eczacıbaşı Peron İstanbul” klubu ilə üz-üzə gələcək. Qarşılaşma İstanbulda yerləşən “Eczacıbaşı Spor Salonu”nda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 20:30-da başlanacaq.

Qeyd edək ki, “Turan” VK qrup mərhələsinin ilk oyununda səfərdə İtaliyanın “Skandiççi” kollektivinə məğlub olub. Təmsilçimizin əsas mərhələdəki ilk ev matçı isə Serbiyanın “Tent Obrenovac” klubuna qarşı olacaq.

Oxşar xəbərlər

“Turan” CEV Çempionlar Liqasında ilk oyununa çıxdı
"Turan" ilk oyuna çıxır - Çempionlar Liqası qrup mərhələsi
“Turan”ın Çempionlar Liqasındakı oyunu canlı yayımlanacaq
"Turan" ÇL-də ilk oyuna çıxır
AFFA rəsmisi İstanbul klubunun oyununda - Təyinat

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər