Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Millimiz Ermənistanda 6 medal qazandı -Avropa çempionatı
Azərbaycan milli komandası Ermənistanın Tsaxkadzor şəhərində eşitmə qabiliyyəti məhdud idmançılar arasında keçirilən Avropa çempionatında uğurlu nəticə ilə yadda qalıb.
Sportfm.az xəbər verir ki, Yunan-Roma güləşi üzrə yarışda 6 idmançı ilə təmsil olunan komanda ümumilikdə 6 medal – 3 gümüş və 3 bürünc medal qazanıb.
Böyüklər arasında keçirilən yarışda Kənan Allahverdiyev (60 kq) və Tuncay İbrahimzadə (77 kq) gümüş, Murad Cəfərov (55 kq) isə bürünc medal əldə edib.
Ceyhun İsazadə isə iki yaş kateqoriyasında uğurla çıxış edib. O, gənclər arasında 60 kq, böyüklər arasında isə 63 kq çəki dərəcəsində bürünc medala sahib olub. İslam Rzayev (130 kq) gənclər arasında keçirilən yarışda gümüş medal qazanıb.
Beləliklə, Azərbaycan təmsilçiləri Avropa çempionatını 3 gümüş və 3 bürünc medalla başa vurublar.

Oxşar xəbərlər
Avropa Kubokunda 9 medal - UĞUR
Sona Rüstəmli qızıl medal qazandı - Azərbaycan birinciliyi
Cüdoçularımız Berlində 9 medal qazandı
Cüdoçularımız Avropa Kubokunda 5 medal qazandı
İdmançılarımız dünya çempionatında 17 medal qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası