Güləş yığmamız Avropa çempionatına Türkiyədə hazırlaşır
Azərbaycanın qadınlardan ibarət güləş yığması ölkə xaricində növbəti təlim-məşq toplanışına start verib.
Sportfm.az xəbər verir ki, milli komanda baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkiyədə hazırlıq keçir.
Avropa çempionatına və qarşıdakı lisenziya turnirlərinə hazırlıq xarakteri daşıyan toplanışda Türkan Nəsirova (50 kq), Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova (59 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq) və Səbirə Əliyeva (76 kq) iştirak edir. Azərbaycan millisi fevralın 10-dək Ədirnədə Türkiyə yığması ilə birgə toplanış keçəcək. Komanda qitə birinciliyində iştirak etmək üçün İtaliyanın paytaxtı Romaya qonşu ölkədən yollanacaq.
Qeyd edək ki, yığmanın lideri Mariya Stadnik məşqləri Ukraynanın Lvov şəhərində davam etdirir.
Oxşar xəbərlər
Millimiz təlim-məşq toplanışına başladı - Ukraynada
Millinin Avropa çempionatı üçün heyəti - SİYAHI
Azərbaycan yığması Türkiyədə toplanışa start verdi
Güləşçilərimizin Türkiyə toplanışı davam edir - FOTO
Güləşçilərimiz Belarusa yollanır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dünya Çempionatında iştirak edəcək güləşçilərimiz - SİYAHI
-
İsrail təmsilçisi "Sabah"a rəqib oldu - Çempionlar Liqası
-
“Panatinaikos” cütün qalibi oldu - Konfrans Liqası
-
“Fənərbaxça” pley-off mərhələsində - Çempionlar Liqası
-
AFFA “Clear Line” layihəsinə qoşuldu
-
"Turan"ın ilk ev matçına biletlər satışa çıxdı














Misli Premyer Liqası