Millimiz təlim-məşq toplanışına başladı -Ukraynada
Qadın güləşi üzrə Azərbaycan millisi bu gün növbəti təlim-məşq toplanışına start verib.
Sportfm.az xəbər verir ki, yığma baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Ukraynanın paytaxtı Kiyevdə hazırlıq keçir.
Fevralın 25-dək davam edəcək hazırlıq prosesi "Konça-Zaspa" Olimpiya Kompleksində gerçəkləşir. Martın 18-dən 21-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyan toplanışda Türkan Nəsirova (50 kq), Leyla Qurbanova, Tatyana Varansova (hər ikisi 53 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq), Gözəl Zutova və Səbirə Əliyeva (hər ikisi 76 kq) iştirak edir.
Qeyd edək ki, toplanış başa çatdıqdan sonra komandanın fevralın 26-dan 28-dək Kiyevdə Ukraynanın məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçiriləcək ənənəvi yarışda iştirakı nəzərdə tutulub.
Oxşar xəbərlər
Alyona və Tatyana Azərbaycan yığmasının heyətində
Azərbaycan yığmalarının heyəti açıqlandı - Kiyev turniri üçün
Güləşçilərimizin Kiyev toplanışı - VİDEO
Güləş yığmamız Avropa çempionatına Türkiyədə hazırlaşır
Azərbaycan yığması Türkiyədə toplanışa start verdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
Lixtenşteyn – Azərbaycan matçının hakimləri bilindi - Millətlər Liqası
-
“Sumqayıt”ın kapitanı Pakistan millisində
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO
-
Yığmamız Almaniyaya böyük hesabla məğlub oldu















Misli Premyer Liqası