reklam
Güləşçilərimiz Belarusa yollanır
Sportfm.az xəbər saytı

Güləşçilərimiz Belarusa yollanır


Yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığmamız dünəndən Göygöldə növbəti təlim-məşq toplanışına başlayıb. 

Sportfm.az xəbər verir ki, sentyabrın 15-dək davam edəcək hazırlıq prosesində baş məşqçi Şaban Donat, məşqçilər Rövşən Bayramov, Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında iyirmi güləşçi iştirak edir.

Qeyd edək ki, toplanış başa çatdıqdan sonra millimiz Belarusa yollanacaq. Komandamız sentyabrın 17-dən 19-dək Minskdə keçiriləcək Oleq Karavayevin xatirə turnirində iştirak edəcək.

Qadınlardan ibarət yığmamız isə sabahdan Minskdə təlim-məşq toplanışına başlayacaq.

On gün davam edəcək hazırlıq prosesində baş məşqçi Aslan Ağayev və Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Anjela Doroqan (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (65 kq), Elis Manolova (68 kq) və Səbirə Əliyeva(76 kq) iştirak edəcək.

Toplanış başa çatdıqdan sonra millimiz sentyabrın 14-16-da Minskdə üçqat olimpiya çempionu Aleksandr Medvedin şərəfinə keçiriləcək beynəlxalq turnirdə qüvvəsini sınayacaq. 

Görüşlərin idarə edilməsində ölkəmizi İ-S kateqoriyalı hakim İntiqam Alıyev təmsil edəcək.

Oxşar xəbərlər

Azərbaycanın güləş milliləri dünya çempionatına hazırlaşır
Millimiz təlim-məşq toplanışına başladı - Ukraynada
Güləş yığmamız Avropa çempionatına Türkiyədə hazırlaşır
Avropa Çempionatına gedən heyət açıqlandı
Güləşçilərimiz beynəlxalq turnirdə iştirak edəcəklər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər