Güləşçilərimizin Türkiyə toplanışı davam edir -FOTO
Qadınlardan ibarət güləş yığmamız oktyabrın 20-dən 28-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatına hazırlığı davam etdirir.
Sportfm.az xəbər verir ki, İstanbulda yerli komanda ilə birgə təlim-məşq toplanışı keçən millimiz bu həftə yüngül məşqlərə keçib. Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında yüklənmədən azad olma prosesinə start verilib. Yığma son taktiki-texniki çalışmaları həyata keçirir.
Xatırladaq ki, mundialda qadınların yarışı oktyabrın 22-dən 25-dək keçiriləcək. İlin ən vacib yarışında ölkəmizi Mariya Stadnik (50 kq), Anjela Doroqan (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (65 kq), Elis Manolova (68 kq) və Səbirə Əliyeva (76 kq) təmsil edəcəklər.
Oxşar xəbərlər
Millinin Avropa çempionatı üçün heyəti - SİYAHI
Güləş yığmamız Avropa çempionatına Türkiyədə hazırlaşır
Millimizin ilk sınağı Fransada olacaq
Güləşçilərimiz beynəlxalq turnirdə iştirak edəcəklər
Güləşçilərimiz Belarusa yollanır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası