Azərbaycan klubunu çalışdıran xorvatiyalı doğru yolda olduqlarını düşünür
Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışında olan “Sabah” bu gün hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib. Rəqib Rumıniyanın “Akademika Klinçeni” komandası olub. Qarşılaşma qolsuz heç-heçə ilə tamamlanıb.
Sportfm.az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Jelko Sopiç klubun saytına oyunla bağlı fikirlərini bildirib:“Bu gün sərgilədiyimiz oyundan məmnun qaldım. Komandam yaxşı təsir bağışladı. Rəqibə fərqlənmək üçün çox şans vermədik. Oyunçularımızın zədə almadığına görə də şadam. İkinci hissədə bir neçə qol fürsətimiz olsa da, dəyərləndirə bilmədik. Hücum xəttində daha dəqiq olmalıyıq. Ancaq ümumi götürdükdə, sərgilədiyimiz oyundan razı qaldım. Bu, bizim istədiyimiz oyundur. Ümid edirəm ki, hər həftə öz oyunumuzu bir az daha inkişaf etdirəcəyik. Düşünürəm ki, biz doğru yoldayıq”.
Oxşar xəbərlər
Şopiç komandasının daha yaxşı yerdə olacağına inanır
"Sabah" Rumıniya klubu ilə bərabərə qaldı - VİDEO
Macarıstan klubu "Sabah"ı məğlub etdi
"Oyunumuzdan razı qalmadım" - Elşad Əhmədov
Elxan Abdullayev: "Komanda yaxşı təsir bağışladı"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR















Misli Premyer Liqası