reklam
Elxan Abdullayev:
Sportfm.az xəbər saytı

Elxan Abdullayev: "Komanda yaxşı təsir bağışladı"


"Neftçi”nin baş məşqçisi Elxan Abdullayev "Sivasspor”la yoxlama oyunundan (0:0) sonra fikirlərini klubun rəsmi saytına bildirib. 

Sportfm.az xəbər verir ki, Abdullayev seleksiya işinin düzgün qurulduğunu qeyd edib: "İlk oyunumuzu keçirdik. Hazırda fiziki hazırlıq üzərində işləyirik. Komanda yaxşı təsir bağışladı. Bir neçə futbolçu transfer olunub, onların da çıxışından razı qaldım. Bu oyun bir daha göstərdi ki, seleksiya işimiz düzgün qurulub. Təbii ki, bir oyunla heç nə demək olmaz. Qarşıda yoxlama görüşlərimiz var. Düşünürəm ki, oyundan oyuna daha yaxşı olacaq və bu yaxşı oyunumuzu çempionatda da davam etdirmək istəyirik”.

Oxşar xəbərlər

Azərbaycan klubunu çalışdıran xorvatiyalı doğru yolda olduqlarını düşünür
"Belə davam etsələr, əsas heyətdə yer alacaqlar" - Sənan Qurbanov
Qurban Qurbanov: "Oyundan-oyuna daha yaxşı vəziyyətdə olacağıq"
Elxan Abdullayev: "Bu haqda danışmaq istəmirəm"
Elxan Abdullayev: "Hər oyunda müdafiə xəttimiz 1-2 "hədiyyə” verir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər