• 05:19 Bazar
    28 Fevral 2021
SportFM.Az
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar
Şopiç komandasının daha yaxşı yerdə olacağına inanır

Şopiç komandasının daha yaxşı yerdə olacağına inanır

Rusiyanın “Spartak” klubunun əvəzedici komandası ilə (2:2) qarşılaşan “Sabah” Antalya toplanışını başa vurub. Paytaxt təmsilçisi sabah Azərbaycana qayıdacaq.

Sportfm.az xəbər verir ki, baş məşqçi Jelko Sopiç klubun saytına müsahibəsində Türkiyə toplanışını dəyərləndirib. Xorvat mütəxəssis əvvəlcə Antalyadakı son yoxlama oyunu barədə fikirlərini bildirib:

 

“Bu gün Antalya toplanışı çərçivəsində son yoxlama oyunumuzu keçirdik. Moskva “Spartak”ının gənclərdən ibarət komandası ilə 2:2 hesablı heç-heçə etdik. Bu matçda əsasən gənc futbolçulara şans verdik. Oyunun əvvəlindən sonuna kimi müxtəlif taktiki gedişləri sınaqdan keçirdik. Marko Deviç, Rəşad Eyubov və Məhəmməd Mirzəbəyov 90 dəqiqə meydanda oldular. Şadam ki, oyunu zədəsiz başa vurduq. Bu matçda qalib də gələ bilərdik, məğlub da ola bilərdik. Ancaq yoxlama oyunlarında nəticə vacib deyil”.

 

Sopiç təlim-məşq toplanışı barədə də fikirlərini bildirib:

 

“14 günlük Antalya toplanışından tam razı qaldım. Burda olduğumuz müddətdə hava şəraiti çox yaxşı oldu. Toplanışda planlaşdırdığımız hər şeyi həyata keçirə bildik. Futbolçularımız yaxşı hazırlıq keçdilər və onlardan tələb olunanı tam yerinə yetirdilər. Fikrimcə, bu hazırlıq müddətinin komandaya çox xeyri dəyəcək”.

 

Antalya toplanışında əsas komandaya bir neçə gənc futbolçu da qoşulmuşdu. Türkiyədəki hazırlıqda çempionatdakı gənc futbolçu limitinə uyğun 10 gənc futbolçu iştirak etdi. Sopiç gənc futbolçuların çıxışından razı qaldığını bildirib:

 

“Antalya toplanışına 10 gənc futbolçuyla yollanmışdıq. Sevinirəm ki, yoxlama oyunlarında onların hər birinə şans verə bildik. Fikrimcə, onlar bu şansdan yaxşı yararlandılar. Ceyhun Nuriyev yoxlama oyunlarında 2 qol vurdu. Şans qazandığı qarşılaşmalarda yaxşı oynadı. Ancaq digər gənc futbolçular da özlərini yaxşı tərəfdən göstərdilər. Onlar gələcəkdə də “Sabah”ın əsas komandasında şans qazana bilərlər. Bu cür gənc oyunçulara sahib olduğumuz üçün şadam”.

 

Mütəxəssis sonda çempionatın ikinci yarısına olan gözləntiləri barədə danışıb:

 

“Hazırda Cavid İmamverdiyevin və Amadu Diallonun kiçik zədəsi var. Lakin onların çempionatın ikinci yarısının startına kimi tam hazır olmaq üçün kifayət qədər vaxtları var. Həmin vaxta kimi biz var qüvvəmizlə hazırlaşmalıyıq. Düşünürəm ki, ilk oyuna kimi tam hazır olacağıq. İnanıram ki, çempionatın ikinci yarısında daha yaxşı futbol sərgiləcəyəcək və liqada daha yaxşı pillədə qərarlaşacağıq”.

скачать dle 10.4 UTF-8Forex для начинающих

22-01-2020
184
REKLAM
Etketlər
DİGƏR XƏBƏRLƏR
26-01-2020
Abbasov ümidli danışdı:
Abbasov ümidli danışdı: "Azərbaycan millisinin aparıcı üzvlərinə çevriləcəklər"
16-01-2020
Azərbaycan klubunu çalışdıran xorvatiyalı doğru yolda olduqlarını düşünür
Azərbaycan klubunu çalışdıran xorvatiyalı doğru yolda olduqlarını düşünür
27-11-2019
"“Sabah” mənə təklif göndərdiyi zaman bir qədər tərəddüd etmişdim" - Jelko Sopiç
26-07-2019
"Oyunumuzdan razı qalmadım" - Elşad Əhmədov
30-06-2019
"Onlar gözümüzün önündə yetişiblər" - Sənan Qurbanov
21-06-2019
"Əsas odur Avropa Liqasındakı ilk oyunumuzadək tam hazır olaq" - Namiq Ələsgərov
12-05-2019
"Bu uşaqlar gələcək üçün ümid verirlər” - Vasif Haqverdiyev
28-01-2019
Millimizin baş məşqçisi:
Millimizin baş məşqçisi: "Müəyyən işlərimiz qalıb"
20-01-2019
"Futbolçular tapşırığı yerinə yetirdilər" - Sənan Qurbanov
9-09-2018
"Belə davam etsələr, əsas heyətdə yer alacaqlar" - Sənan Qurbanov
21-07-2018
Ayxan Abbasov:
Ayxan Abbasov: "Yeni transferlərimiz hələ hazır deyil"
11-07-2018
Roberto Bordin:
Roberto Bordin: "Ciddi hazırlaşmışıq"
3-07-2018
Nazim Süleymanov:
Nazim Süleymanov: "Çalışacağıq ki, komandanı çempionata hazır vəziyyətə gətirək"
24-06-2018
Qurban Qurbanov:
Qurban Qurbanov: "Oyundan-oyuna daha yaxşı vəziyyətdə olacağıq"
5-02-2018
“Qəbələ” klubu Türkiyə toplanışını başa vurdu
“Qəbələ” klubu Türkiyə toplanışını başa vurdu
  Xəbər Lenti
Vüqar Həşimov Şahmat Akademiyası rəsmi olaraq təsdiqləndi - FIDE 27.02.2021, 21:38
Atletlərimiz Türkiyəyə yola düşdü - Qran-Pri üçün hazırlaşacaqlar 27.02.2021, 21:31
İlin bombardirləri - SİYAHI 27.02.2021, 19:55
Məşhur döyüşçü şəkillərini satışa çıxardı - FOTO 27.02.2021, 18:22
"Milan" Çalhanoğlu ilə müqavilə imzalayır 27.02.2021, 17:28
Ölkəmizi dünya çempionatında təmsil edəcək idmançılar - SİYAHI 27.02.2021, 17:19
Dörd idmançı yığmamızı tərk etdi - AÇIQLAMA 27.02.2021, 16:24
“Çatışmayan cəhətlərimizi oyundan oyuna düzəldəcəyik" - Millimizin kapitanı 27.02.2021, 16:19
Rusiyalı nazirdən Azərbaycan idmançılarına təklif - "Sputnik" peyvəndi 27.02.2021, 15:52
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Neftçı 15 30
2 Qarabağ 15 29
3 Zirə  15 24
4 Sumqayıt   15 22
5 Qəbələ 15 18
6 Sabah 15 14
7 Səbail 15 13
8 Keşlə 15 13
Ətraflı
14-02-2021
TopazAZ
TopazAZ
28-01-2021
Messi yeni rekorda imza atdı -
Messi yeni rekorda imza atdı - İspaniya Kuboku
14-02-2021
I divizion
I divizion
21-02-2021
"İnter" "Milan"ı məğlub etdi
30-01-2021
Azərbaycan - Slovakiya 4:1 -
Azərbaycan - Slovakiya 4:1 - VİDEO
30-01-2021
“Həmin oyunu da itkisiz başa vurmalıyıq” -
“Həmin oyunu da itkisiz başa vurmalıyıq” - Rafael Vilela
29-01-2021
Gəncədə Futbol Akademiyası açılacaq -
Gəncədə Futbol Akademiyası açılacaq - AFFA
30-01-2021
"Kamran millidə oynamağa ikiəlli razıdır" - Cahangir Həsənzadə
28-01-2021
"Məqsədimiz yarışı birinci pillədə başa vurmaqdır” - Millimizin üzvü
29-01-2021
"Hazırlıq üçün az vaxtımız oldu" - Məşqçi fikirləri
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Turan-Tovuz 12 28
2 Neftçi-2 13 27
3 Sabah-2 12 23
4 Zaqatala 12 22
5 Qarabağ-2 12 19
6 Kəpəz 12 16
7 Keşlə-2 13 11
8 Qaradağ Lökbatan 12 9
9 Sumqayıt-2  12 9
10 MOİK 12 6
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Ülvi Amon tərəfindən yığılıb