Klub prezidenti uşaqların məşqini izlədi -FOTOLAR
Bu gün "Fənər" uşaq-futzal məktəbinin təsisçisi və prezidenti Turqay Fərzəliyev komandanın məşqini ziyarət edib.
Sportfm.az xəbər verir ki, kiçikyaşlı futbolçuların hazırlıq prosesini izləyən Turqay Fərzəliyev məşqçilərlə söhbət edərək, onların istəkləri ilə maraqlanıb. Məktəb üçün lazım olan yeni məşq inventarlarının alınmasına xüsusi diqqət yetirən Turqay müəllim yeni mövsümdən etibarən futbolçularımızın hazırlığında müasir avadanlıqların önəmindən söhbət açıb. Kiçikyaşlı qəhrəmanların oyunlarını da seyr edən klub prezidenti valideynləri maraqlandıran sualları da cavablandırıb. Gələcəkdə "Fənər"in perspektivli uşaqlarının Türkiyəyə göndəriləcəyini də bildirən Turqay Fərzəliyev bunun üçün lazımi bazanın yaradılacağını vurğulayıb. Məşqin sonunda komanda üzvləri ilə xatirə şəkli çəkdirilib.

Oxşar xəbərlər
Sakit Rzayevdən "Fənər"ə sürpriz ziyarət - FOTO
"Fənər" qalib gəldi, komandanın qapıçısı qol vurdu
"Fənər" lideri məğlub etdi
"Fənər" "Təhsil" liqasına qələbə ilə başladı
Həmyerlimiz Avropa klubunda çalışa bilər - EKSKLÜZİV, FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası