reklam
Dünya çempionu olan vetaran idmançının giley-güzarı:
Sportfm.az xəbər saytı

Dünya çempionu olan vetaran idmançının giley-güzarı:"Zəng edib təbrik edən olmadı"


Bu günlərdə Türkiyənin Antalya şəhərində Dünya  Kikboksinq Assosiyasının təşkilatçılığı ilə keçirilən dünya çempionatında bürünc medala layiq görülən, Azərbaycan Kikboksinq Federasiyasının idarə heyətinin üzvü, dünya çempionu Həsən Hüseynov Zəngilan Rayon İcra Hakimiyyətinin ona qarşı biganəliyindən gileylənib.
Sportfm.az xəbər verir ki, veteran idmançı durumla bağlı bunları deyib:“Təəssüf edirəm ki, bir dəfə olsun icra hakimiyyətindən mənimlə maraqlanan olmayıb. Türkiyədə keçirilən çempionatda 69 ölkə, 3 minə yaxın idmançı iştirak edirdi. 2016-ci ilin noyabr ayında İtalyada keçirilən dünya çempionatında veteranlar arasında 51 yaşımda dünya çempionu oldum. İcra hakimiyyətindən zəng edib təbrik edən olmadı. Yarışlarda Azərbaycanın bayrağını qaldırmışam. Mənə qarşı diqqətsizliyi başa düşə bilmirəm. Nəzərə almaq lazımdır ki, ölkədə bu yaşda döyüşən idmançılar çox deyil”.(moderator.az)

Oxşar xəbərlər

Gəncə stadionuna yenidən baxdılar
İcra başçısı Tərlan Əhmədovla görüşdü - FOTO
"Açıq Əyləncəli Futbol Məktəbi” layihəsi baş tutdu - FOTO
15 yaşlı azərbaycanlının uğuru
Van Damdan azərbaycanlıya təbrik mesajı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər