reklam
15 yaşlı azərbaycanlının uğuru
Sportfm.az xəbər saytı

15 yaşlı azərbaycanlının uğuru


Çexiyanın Kikboksinq yığma komandasının üzvü, 15 yaşlı azərbaycanlı El Cəfər beynəlxalq yarışlarda növbəti qələbəsini qazanıb.

Sportfm.az xəbər verir ki, o, 2014-cü ildə Dünya Kikboksinq Federasiyasının Çexiyada keçirilən yarışının gümüş mükafatçısı, mavi kəmər sahibidir.

E.Cəfərov 2016-cı ildə Almaniyanın Ştutqart şəhərində keçirilən çempionatın qızıl mükafatçısı olub. Gənc idmançı 2017-ci ildə Dünya Kikboksinq Təşkilatları Birliyinin və Beynəlxalq Həvəskar Kikboksinq Assosiasiyasının gümüş mükafatçısı adına layiq görülüb.

Həmyerlimiz bu il iyunun 9-da Dünya Kikbonsinq Təşkilatları Assosiasiyasının təşkilatçılığı ilə Çexiyada keçirilən çempionatda 47 kq-a qədər çəki dərəcəsində 2 kateqoriya üzrə gümüş və bürünc medal qazanıb.

Xatırladaq ki, qısa vaxtda böyük uğurlar qazanan E.Cəfərov Çexiyada azərbaycanlı diaspor fəalı Leyla Bəyim Cəfərovanın övladıdır.

Oxşar xəbərlər

Dünya çempionu olan vetaran idmançının giley-güzarı:"Zəng edib təbrik edən olmadı"
Kikboksçumuz Almaniyada çempion oldu
Sumqayıtdakı K-1 beynəlxalq turnirinə yekun vurulub
Sumqayıtda kikboksinq üzrə turnir keçiriləcək
Pərviz Abdullayev kikboksinq üzrə yarışlarda növbəti qələbəsini qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər