reklam
“Qəbələ”nin “Sabah”la 8-ci dueli
Sportfm.az xəbər saytı

“Qəbələ”nin “Sabah”la 8-ci dueli


“Qəbələ” Azərbaycan Premyer Liqasının II dövrəsində ilk ev oyununu keçirəcək. dövrəni iki səfər matçı ilə başlayan “qırmızı-qaralar” “Sabah”ı qəbul edəcək. Paytaxt təmsilçisi ilə X turun görüşü Qəbələ şəhər stadionunda baş tutacaq. 

Sportfm.az xəbər verir ki, bu, "Qəbələ"nin bakılılarla 8-ci qarşılaşması olacaq. Komandalar indiyədək 7 dəfə görüşüb. Oyunlardan 6-sı ötən mövsümə, 1-i cari çempionata təsadüf edib. Əvvəlki matçlarda böyük üstünlüyə malik “Qəbələ”nin hesabında 5 qələbə, 1 heç-heçə və yalnız 1 məğlubiyyət var. İlk görüşdə uduzduqdan sonra 6 oyundur uduzmayan “qırmızı-qaralar” top fərqində də öndədir – 6:2.  Bütün qələbələri eyni – 1:0 hesabı ilə olan komanda son beş qarşılaşmada qapısını toxunulmaz saxlayıb. “Qəbələ”nin “Sabah”la matçlarında yalnız bir futbolçu – Ceyms Adeniyi iki top vurmağı bacarıb. 

7 görüşdən 2-si kubok, 5-i Premyer Liqaya təsadüf edib. Çempionatdakı qarşılaşmalarda 3 qələbə, 1 heç-heçə və 1 məğlubiyyəti olan komandamız top fərqində də öndədir – 4:2. 

“Qəbələ” 4-cü dəfə “Sabah”ı öz meydanında qəbul edəcək. Əvvəlki 3 oyunda uduzmayan “qırmızı-qaralar” 2 qələbə və 1 heç-heçəyə malikdir. Vurulan 4 qoldan üçü futbolçularımızın, biri rəqibin aktivindədir. 

Oxşar xəbərlər

“Kəpəz”in 23-cü dueli
“Qəbələ” və “Kəpəz”in 22-ci dueli
"Qəbələ" "Zirə" ilə 20-ci dəfə görüşəcək
Qəbələdə yubiley oyunu
Mövsümün son ev oyunu: "Neftçi" ilə 49-cu duel

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər