reklam
Futbolda məşq yükünün (TL) monitorinqi və zədə riskinin azaldılması
Sportfm.az xəbər saytı

Futbolda məşq yükünün (TL) monitorinqi və zədə riskinin azaldılması


Müasir futbolda yüksək intensivlikli qaçışlar, sürətlənmələr, yavaşılamalar və istiqamət dəyişmələri futbolçuların orqanizminə ciddi fiziki yük yaradır. Buna görə məşq yükünün düzgün idarə olunması həm performansın inkişafı, həm də zədə riskinin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.
TL (Training Load) monitorinqi iki əsas istiqaməti əhatə edir:
???? Xarici yük (External Load):
• TD — Total Distance
• HSR — High-Speed Running
• Sprint Distance
• ACC / DEC — Sürətlənmə və yavaşıma
• Max Speed — Maksimal sürət
• m/min — Dəqiqədə qət edilən məsafə
???? Daxili yük (Internal Load):
• RPE və sRPE
• HR — Ürək döyüntülərinin tezliyi
• HR Zones — Ürək döyüntüsü zonaları
• Wellness — Ümumi özünü hiss etmə
• Yorğunluq və bərpa göstəriciləri
Borg RPE şkalası (1982)
Borgun (1982) Subyektiv Gərginlik Qiymətləndirmə Şkalası (RPE) futbolçunun məşq zamanı hiss etdiyi fiziki gərginliyi qiymətləndirmək üçün istifadə olunur.
Klassik Borg şkalası 6–20 bal aralığını əhatə edir:
• 6 — Heç bir gərginlik yoxdur
• 9 — Çox yüngül
• 11 — Yüngül
• 13 — Bir qədər çətin
• 15 — Çətin
• 17 — Çox çətin
• 19 — Həddindən artıq çətin
• 20 — Maksimal gərginlik
sRPE — Məşq yükünün hesablanması
Məşq yükünün kəmiyyətcə qiymətləndirilməsi üçün Session RPE (sRPE) metodundan istifadə olunur.
Düstur:
sRPE = Məşqin müddəti (dəqiqə) × RPE balı
Praktik nümunə:
• Məşqin müddəti: 90 dəqiqə
• RPE: 7/10 (CR10 şkalası)
90 × 7 = 630 AU
Burada AU (Arbitrary Units) — şərti vahid deməkdir.
Qeyd: Borgun klassik 6–20 şkalası və CR10 (0–10) şkalası fərqli qiymətləndirmə sistemləridir. sRPE hesablamasında istifadə edilən şkala əvvəlcədən müəyyən edilməli və ardıcıl tətbiq olunmalıdır.
GPS və monitorinq texnologiyaları
GPS texnologiyaları və ürək döyüntüsü monitorinqi məşq və oyun zamanı futbolçuların xarici və daxili yüklərini daha ətraflı qiymətləndirməyə imkan verir.
Tədqiqatlar göstərir ki, FIFA 11 və FIFA 11+ kimi profilaktika proqramlarının düzgün tətbiqi zədələnmə hallarını 35%-ə qədər azalda bilər (Barengo et al., 2014).
Əsas metodiki prinsip: Xarici və daxili məşq yükləri ayrı-ayrılıqda deyil, birlikdə təhlil edilməlidir. Eyni fiziki işi yerinə yetirən futbolçuların orqanizm reaksiyası fərqli ola bilər. Buna görə fərdi monitorinq və yükün uyğunlaşdırılması vacibdir.
Nəticə: Effektiv TL monitorinqi məşq prosesinin optimallaşdırılmasına, futbolçuların fərdi reaksiyalarının izlənilməsinə və zədə riskinin idarə olunmasına kömək edir.
Elmi mənbələr: Borg (1982); Halson (2014); Akubat et al. (2014); Malone et al. (2016); Gabbett (2016); Barengo et al. (2014).
Natiq Məmmədov
Futbol məşqçisi | Fiziki hazırlıq mütəxəssisi | Müəllim
Futbolda məşq yükünün (TL) monitorinqi və zədə riskinin azaldılması

Oxşar xəbərlər

Peşəkar Futbolda Yüksək Sürətli Qaçış (HSR) Məşqləri və Performansın Maksimallaşdırılması - YAZI
Natiq Məmmədov yazır - Mövsümdənkənar Futbol Məşq Proqramları
Futbolda Məşq Yükünün İdarə Edilməsi
Güc və Funksional hazırlıqın Təkmilləşdirilməsi Strategiyaları
Reabilitasiya prosesi və mərhələləri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər