reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın matçına 8400 bilet satıldı -Rekord


Misli Premyer Liqasının 12-ci turunda keçiriləcək "Kəpəz" - "Qarabağ" matçına azarkeş marağı böyükdür.

Sportfm.az xəbər verir ki, oyuna biletlərin ilk satış günündə rekord göstərici qeydə alınıb.

Stadionun kassalarında və iticket.az saytında 1 sutka ərzində 8400 bilet satılıb. Bu, 15363 tamaşaçı tutumuna malik stadionda yerlərin təxminən 55 faizi deməkdir.

Xatırladaq ki, cari mövsüm "Kəpəz"in ev oyunlarında ən çox azarkeş sayı sentyabrın 4-də "Şamaxı" ilə görüşdə olub. Həmin matçı stadiondan 15000 tamaşaçı izləyib.

Əlavə edək ki, noybrın 22-də Gəncə şəhər stadionunda keçiriləcək "Kəpəz" - "Qarabağ" matçı saat 17:00-da başlayacaq.

Oxşar xəbərlər

“Kəpəz” – “Qəbələ” matçının biletləri satışda
“Kəpəz” – “Şamaxı” oyununa böyük azarkeş marağı
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
“Qarabağ” - “Bayer” matçına neçə bilet satıldı?
Yubiley Bakıda, rekord Gəncədə!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər