Qəbələdə yubiley oyunu
“Qəbələ” bu gün növbəti oyununu keçirəcək.
Sportfm.az xəbər verir ki, “qırmızı-qaralar” Azərbaycan Premyer Liqasında “Neftçi” ilə qarşılaşacaq. 6-cı turun görüşü Qəbələ şəhər stadionunda baş tutacaq.
Bu, iki komanda arasında yubiley – 50-ci oyun olacaq. “Qəbələ” indiyədək 49 dəfə “Neftçi” ilə üz-üzə gəlib. 17 qələbə və 12 heç-heçəsi olan komanda 20 dəfə uduzub. 128 qolun vurulduğu matçlarda hər iki komanda eyni sayda – 64 dəfə fərqlənib.
Premyer Liqada 45-ci dəfə qarşılaşacaq rəqiblər 5 oyunu Azərbaycan kuboku çərçivəsində keçiriblər. Çempionatdakı 44 oyunda “Qəbələ” 16 dəfə üç, 9 dəfə bir xal əldə edib. 19 matç isə bakılıların qələbəsi ilə başa çatıb. Premyer Liqadakı top fərqində də bakılılar öndədir – 58:57.
25-ci dəfə “ağ-qaralar”ı qəbul edəcək “Qəbələ” evdə 8 qələbə qazanıb. Qonaqlar isə 11 matçdan qalib ayrılıblar. Digər 5 görüşdə sülh qeydə alınıb. Komandanın ev oyunlarında 65 qol vurulub. “Qırmızı-qaralar” 34, paytaxt təmsilçisi 31 dəfə rəqib qapısına yol tapıb.
Oxşar xəbərlər
"Qəbələ"nin "Neftçi" ilə 60-cı dueli - Azərbaycan Premyer Liqası
"Qəbələ" - "Neftçi" - 56-cı duel
Əyalət klubunun paxtaxt komandası ilə 52-ci dueli
Mövsümün son ev oyunu: "Neftçi" ilə 49-cu duel
“Qarabağ”la “Qəbələ”nin 49-cu dueli
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ" "Dinamo" Zaqrebə qarşı - Gənclər Liqası
-
“Kəpəz” növbəti mərhələdə - Azərbaycan kuboku
-
FIFA və AFFA rəhbərliyi yığmamızın oyununu izlədi
-
1/8 finalçılar müəyyənləşir - Azərbaycan Kuboku
-
"Şəfa"dan 9 qol, "Şahdağ Qusar"dan inmalı qələbə - Azərbaycan Kuboku
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA














Misli Premyer Liqası