"Qəbələ" "Zirə" ilə 20-ci dəfə görüşəcək
Bu gün Azərbaycan Premyer Liqasında 13-cü tura start veriləcək.
Sportfm.az xəbər verir ki, turun ilk oyunu Qəbələ şəhər stadionunda keçiriləcək. “Zirə”ni qəbul edəcək “Qəbələ” mövsümün ilk yarısında çempionatdakı son ev oyununa çıxacaq.
“Qırmızı-qaralar” tarixində 20-ci dəfə bu rəqiblə görüşəcək. Əvvəlki 19 görüşdə 7 qələbə qazanan “Qəbələ” 8 dəfə heç-heçə edib. Yalnız 4 matçda məğlub olan komanda 26 qol vurub, 17-ni buraxıb. Aleksey Qay “Zirə”nin qapısından hamıdan çox – 4 qol vurub.
19 görüşdən 2-si kubok, 17-si Premyer Liqa çərçivəsində keçirilib. Çempionatda 5 qələbə əldə edən “qırmızı-qaralar” 8 dəfə bir xalla kifayətlənibsə, 4 matçdan məğlub ayrılıb. “Qəbələ” top fərqində də üstünlüyə malikdir – 19-15.
Qəsəbə klubunu 10-cu dəfə qonaq edəcək komanda öz meydanında 4 qələbə qazanıbsa, eyni sayda heç-heçə edib və yalnız bir dəfə uduzub. Bu matçlarda 13 qol vuran “qırmızı-qaralar” 7 top buraxıblar.
Oxşar xəbərlər
“Qəbələ” və “Zirə” arasında 33-cü duel
“Qəbələ” ilə “Zirə”nin 26-cı dueli - Azərbaycan Premyer Liqası
"Zirə" - "Qəbələ" - 25-ci duel
Əyalət klubunun paxtaxt komandası ilə 52-ci dueli
"Qəbələ" - "Zirə": 18-ci duel
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası