reklam
Mövsümün son ev oyunu:
Sportfm.az xəbər saytı

Mövsümün son ev oyunu:"Neftçi" ilə 49-cu duel


Sabah Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçiriləcək.

Sportfm.az xəbər verir ki, “Qəbələ” mövsümdə son ev oyununa çıxacaq. “Qırmızı-qaralar” Qəbələ şəhər stadionunda “Neftçi”ni qəbul edəcək. Bölgə klubu 49-cu dəfə paytaxt təmsilçisi ilə üz-üzə gələcək. İndiyədək iki komanda ümumilikdə 48 dəfə görüşüb. Hesabında 17 qələbə və 11 heç-heçə olan “Qəbələ” 19 məğlubiyyət alıb. Top fərqində isə üstünlük “qırmızı-qaralar”ın tərəfindədir – 63:61. 

Beş dəfə Azərbaycan kubokunda görüşən komandalar Premyer Liqa çərçivəsində 43 dəfə münasibətlərini aydınlaşdırıb. “Qəbələ” 16 dəfə üç, 9 dəfə bir xal qazanıbsa, 18 dəfə qələbə bakılıların olub. 56 qol sevinci yaşayan “qırmızı-qaralar” öz qapısında 55 top görüb. 

“Neftçi” ilə 25-ci ev oyununa çıxacaq “Qəbələ” doğma azarkeşlər önündə 8 qələbə qazanıb. 6 heç-heçə və 10 məğlubiyyətin də qeydə alındığı qarşılaşmalarda 63 qol vurulub. Qonaqlar top fərqində minimal üstünlüyə malikdir – 32:31.

Oxşar xəbərlər

"Qəbələ" "Zirə" ilə 20-ci dəfə görüşəcək
Qəbələdə yubiley oyunu
"Qəbələ" və "Səbail"in 11-ci dueli
Elmar Baxşıyevi 8-ci dueldə nə gözləyir?
“Qəbələ” və “Neftçi”nin 47-ci dueli

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər