reklam
4 boksçumuz 1/4 finalda -
Sportfm.az xəbər saytı

4 boksçumuz 1/4 finalda -Avropa çempionatı


Xorvatiyanın Poreç şəhərində boks üzrə U-23 Avropa çempionatı davam edir.

Sportfm.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin daha 4 idmançısının hər biri mərhələ adlayıb.

Bilalhəbaşi Nəzərovun (50 kq) rəqibi Katalin Turkunun (Moldova) çəkisi artıq olduğu üçün döyüşə buraxılmayıb və boksçumuz qalib elan edilib. İkiqat Avropa çempionumuz 1/4 finalda Filip Horvatla (Çexiya) münasibətinə aydınlıq gətirəcək.

Zidan Hünbətov (55 kq) 1/8 finalda Badreddin Buraouiaya (İtaliya) heç bir şans verməyib. Hər 3 raundu xeyrinə bitirən təmsilçimiz yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə qalib gəlib. Hünbətov 1/4 finalda Nikola Maksimoviçi (Serbiya) sınağa çəkəcək.

Məhəmmədəli Aşırəliyev (60 kq) 1/8 finalda Abdullah Rahalı (İsrail) mübarizədən kənarlaşdırıb – 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27). O, Poreçdə üçüncü cəhdində Brandon Hinea Kollasosla (İspaniya) gücünü yoxlayacaq.

Nicat Alırzayev (70 kq) da adını 1/4 finala yazdırıb. Boksçumuz Edqaras Trotenskisi (Litva) 3:2 (30:27, 28:29, 30:27, 29:28, 28:29) hesabı ilə məğlub edib. O yarımfinala gedən yolda Miloş Roqanoviçlə (Monteneqro) üz-üzə gələcək.

Son iki boksçumuzun döyüşü noyabrın 20-də, digər ikisinin görüşü bir gün sonra olacaq.

Oxşar xəbərlər

2 boksçumuz qələbə ilə başladı - Avropa çempionatı
Üç boksçumuz 1/4, dördü 1/2 finala yüksəldi - Avropa çempionatı
İki boksçumuz yarımfinalda - Avropa Çempionatı
5 boksçumuz 1/4 finalda - Avropa Çempionatı
Daha 3 boksçumuz 1/4 finalda - Avropa çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər