reklam
38 ildən sonra doğma stadionda -
Sportfm.az xəbər saytı

38 ildən sonra doğma stadionda -FOTO


Veteran futbolçu Emin Salmanov 38 ildən sonra doğma şəhəri Xankəndiyə və vaxtilə çıxış etdiyi stadiona qayıtmağın sevincini yaşadığını bildirib.

Sportfm.az xəbər verir ki, Peşəkar Futbol Liqası tərəfindən Xankəndiyə dəvət olunan sabiq futbolçu “Xankəndi” - “Karvan-Yevlax” oyunu öncəsi təəssüratlarını bölüşüb:

“38 ildən sonra doğma şəhərdə, doğma stadionda olmaq çox qürurvericidir. Hazırda həyatımın ən xoşbəxt günlərindən birini yaşayıram. Mən 7 yaşımdan 17 yaşıma qədər bu stadionda məşq etmişəm, oyun oynamışam. Həmin vaxt daxili çempionatda iştirak edirdik, çox yaxşı komandamız vardı. 20-25 nəfər içində cəmi 3 nəfər azərbaycanlı idik, amma yenə də çox xoş xatirələrimiz olub. Şəhərimizi Azərbaycanda təmsil etmişik.

Bu şəhərin hər qarışı mənə doğmadır. Bu stadiondan bir az yuxarıda - heç 1 kilometr olmaz, ovaxtki 9 nömrəli məktəbin yanında evimiz yerləşirdi. Uşaq olsaq da, idmana, futbola çox həvəsli və meyilli idik. Çoxlu məşq edirdik. Bu səbəbdən də diqqət cəlb etmişdik və bizi komandaya seçmişdilər. Gözəl xatirələrimiz var.”

Oxşar xəbərlər

Ulduz futbolçu dopinq testini qəbul etmədi
Stadionda orduya çağırış etdilər, 37 nəfər öldü - FACİƏ
Stadionda qanlı olay - 4 nəfər öldü, 10 nəfər yaralandı
Yığmamıza dəvət edilən futbolçu erməni klubundan təklif aldı
Türk futbolçu:"Bura Rusiyanın digər şəhərlərindən fərqli olaraq möhtəşəmdir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər