Dünya çempionatı: Hacı Əliyevin ilk rəqibi bəlli oldu
Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında Azərbaycanın növbəti güləşçilərinin ilk rəqibləri bəlli olub.
Sportfm.az xəbər verir ki, 6-cı yarış günündə sərbəst güləşçilər mübarizəyə qoşulacaq. 57 kq çəki dərəcəsində çıxış edən Mahir Əmiraslanov təsnifat mərhələsində Ulukbek Zholdoşbekovla (Qırğızıstan) üz-üzə gələcək. 3 qat dünya və Avropa çempionu Hacı Əliyev (65 kq) isə eyni mərhələdə Rusiya təmsilçisi Hacımurad Raşidovla güləşəcək.
Qadın güləşçilərdən Elmira Qəmbərova (62 kq) 1/16 finalda rumıniyalı Krista İntsi ilə, İrina Netreba (68 kq) isə eyni mərhələdə İvett Zi (Burkino-Faso) ilə qarşılaşacaq.
Qeyd edək ki, dünya çempionatına sentyabrın 22-də yekun vurulacaq.
Oxşar xəbərlər
Hacı Əliyev mübarizəyə başlayır - Dünya çempionatı
Sərbəst güləşçilərimizin ilk rəqibləri bəlli oldu - Avropa çempionatı
Güləşçilərimizin rəqibləri məlum oldu - Avropa çempionatı
Qadın güləşçimiz Avropa çempionatında finala yüksəldi
Güləşçilərimiz Avropa çempionatında mübarizəyə qoşulur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bir neçə futbolçumuzun başqa peşəsi var" - Konrad Fünfştük
-
"Litva və Lixtenşteyn tamamilə fərqli futbol oynayır" - Ayxan Abbasov
-
Azərbaycan millisi Lixtenşteynə qarşı - Millətlər Liqası
-
Millimiz 1-ci təsnifat mərhələsində iştirak edəcək - Avropa çempionatı
-
Türk futbolunun sabiq ulduzunun başı dərddə
-
Litva - Andorra - 3:0 - VİDEO













Misli Premyer Liqası