reklam
Hacı Əliyev mübarizəyə başlayır -
Sportfm.az xəbər saytı

Hacı Əliyev mübarizəyə başlayır -Dünya çempionatı


Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatı davam edir.
Sportfm.az xəbər verir ki, bu gün Azərbaycanın daha iki sərbəst güləşçisi mübarizəyə başlayacaq.

Üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev (65 kq) təsnifat mərhələsində Çin təmsilçisi Şauhua Yuanla üz-üzə gələcək.

Maqomedxan Maqomedov (97 kq) 1/16 finalda serbiyalı Strahinya Despiçlə qarşılaşacaq.

Qadın güləşçilərdən isə Alyona Kolesnik (59 kq) 1/8 finalda Bolortuya Xurelxuu (Monqolustan)/Kristina Sazikina (Belarus, neytral status) cütünün qalibi ilə görüşək.

Bu gün həmçinin daha üç sərbəst güləşçi medal qarşılaşmasına çıxacaq. Osman Nurmaqomedov (92 kq) finalda qazaxıstanlı Rizabek Aytmuxanla güləşəcək. Turan Bayramov (74 kq) və Orxan Abbasov (79 kq) bürünc medal uğrunda güləşəcəklər. Onların rəqibləri təsəlliverici duellərdən sonra bəlli olacaq. Bayramov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya da əldə edə bilər.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 24-də başa çatacaq.

Oxşar xəbərlər

Daha bir güləşçimiz lisenziya qazandı - Paris-2024
Daha 2 qadın güləşçisi mübarizəyə başlayır - Dünya çempionatı
Stadnik və digər qadın güləşçilərimiz uduzdu - Dünya çempionatı
Hacı Əliyev məğlub oldu, Maqomedov yarımfinalda - Dünya çempionatı
4 güləşçimiz mübarizəyə başlayır - Dünya çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər