reklam
Güləşçilərimiz Avropa çempionatında mübarizəyə qoşulur
Sportfm.az xəbər saytı

Güləşçilərimiz Avropa çempionatında mübarizəyə qoşulur


Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bu gün daha 5 çəki dərəcəsində sərbəst güləşçilər mübarizəyə qoşulacaq.

Sportfm.az xəbər verir ki, ikinci yarış günündə 61 kq, 74 kq, 86 kq, 92 kq və 125 kq-da çıxış edən pəhləvanlar qüvvəsini sınayacaq. Ötən gün gün bu kateqoriyalar üzrə püşkatma mərasimi keçirilib və yığma üzvlərinin ilk rəqibləri müəyyənləşib.

61 kq

Təsnifat - Əsgər Məmmədəliyev - Nikolay Oxlopkov (ROU)

74 kq

1/8 final - Hacımurad Hacıyev - Georgi Paskalov (MDA)

86 kq

Təsnifat - Murad Süleymanov - Riçard Ferents Liqeti (HUN)

92 kq

1/4 final - Şərif Şərifov - Məhəmməd Qurbanov (RUS)

125 kq

Təsnifat - Seyid Məhəmmədrza Azərşakib - Eqzon Şala (KOS)

Qeyd edək ki, bu gün həm də Azərbaycanın üç sərbəst güləşçisi final, daha biri bürünc medal görüşünə çıxacaq.Hacı Əliyev (65 kq) və Ağahüseyn Mustafayev (70 kq) müvafiq olaraq, türkiyəli Selahəttin Kılıcsallayan və Mustafa Kaya ilə üz-üzə gələcək. Cəbrayıl Həsənov (79 kq) Rusiya təmsilçisi Ahmed Hacımaqomedovla qarşılaşacaq. 57 kq çəki dərəcəsindəki Mahir Əmiraslanov isə bürünc medal görüşündə fransalı Zuheyir Əl Orajı sınağa çəkəcək.

Oxşar xəbərlər

Avropa Çempionatındakı rəqiblərimiz müəyyənləşdi
Azərbaycan millisi Avropa çempionatında üçüncü oldu
Şərif Şərifov Avropa Çempionatında qızıl medal qazandı
Əliyev Avropa çempionu oldu
Azərbaycan güləşçisi Avropa çempionu oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər