Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Sabah” biletlərin satışına başlayır
“Sabah” klubu UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirəcəyi ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq.
Sportfm.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidmətindən məlumat verilib.
Əvvəlcə dörd ev oyununu əhatə edən paket biletlərin satışı yekunlaşdırılacaq. Paket biletlərin satışı oktyabrın 1-də, saat 12:00-da başa çatacaq.
Bundan sonra klub hər bir qarşılaşma üçün fərdi biletlərin satışına keçəcək. Fərdi biletlərin satışının başlanma tarixi və digər detallarla bağlı məlumatların ayrıca açıqlanacağı bildirilib.
Paket biletlər azarkeşlərə “Sabah”ın “Slaviya” (Çexiya), “Borussiya” (Dortmund, Almaniya), “Barselona” (İspaniya) və “Napoli” (İtaliya) ilə keçirəcəyi dörd ev oyununu stadiondan izləmək, həmçinin, bütün qarşılaşmalarda eyni yerdə əyləşmək imkanı verir.
Klub paket biletlərə göstərilən marağın gözləntiləri üstələdiyini və dörd ev oyununun hər birinə azarkeş marağının yüksək olduğunu bildirib.
Beləliklə, bütün dörd ev oyununu eyni yerdən izləmək istəyən azarkeşlər paket biletləri oktyabrın 1-i, saat 12:00-dək əldə edə bilərlər. Bu müddətdən sonra 4 qarşılaşmanı əhatə edən paketlərin satışı dayandırılacaq.

Oxşar xəbərlər
4 oyuna 104 min bilet satılıb
4 oyuna 1 bilet - Yeni hoqqa, yoxsa yenilik?
"Sabah"a stadionda baxmaq üçün 170 manat vermək lazımdı - Bilet satışı
Formula 1 Rusiya Qran-Prisinin biletləri satışı çıxarıldı
Final oyunu üçün bilet satışına start verildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Zəngəzur” “Kür-Araz”ı, “Şəki” “Hypers”i qəbul etdi - İkinci Liqa
-
“Şəmkir” 2–3 “Şirvan” - VİDEO
-
Türkiyə - İtaliya - Start heyətlər
-
Ayxan Abbasovun mətbuat konfransı olacaq
-
“Turan Tovuz” – “Fənərbaxça” oyununun gəliri Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
-
Çexiya İngiltərəyə, İspaniya Xorvatiyaya qarşı - Millətlər Liqası

Misli Premyer Liqası