"Öz şəhərimizdə küçəyə az çıxırdım, çünki hamı məni tanıyırdı" - Millimizin üzvü
Azərbaycanlı futbolçuların karyerasını ölkə xaricində davam etdirməsinə nadir hallarda rast gəlinir. Yerli futzalçıların(Millimizin şərəfini qoruyan braziliyalılar istisna olmaqla - A.Ə) xaricdə oynaması isə əsl sensasiyadır. Həm də bu sensasiyaya səbəb olan oyunçu Tailand kimi ekzotik bir ölkədə legioner həyatı yaşayıbsa. Bəli, söhbət Azərbaycan yığmasının və "Araz"ın aparıcı üzvlərindən biri olan Xətai Bağırovdan gedir. Tailandın "Sisaket" klubunun şərəfini qorumuş futzalçı ilə söhbətə cənub-şərqi Asiya ölkəsinə necə yollanmasından başladıq.
- Xətai, necə oldu ki, Tailanda getdin?
- Mən transfer olunduğum komandanın skautları məni ötən mövsümün əvvəlindən izləyirmiş. Millidəki çıxışlarıma baxıblar. Onların komandasına lazım olan oyunçu olduğuma qərar veriblər.
- Bəs səninlə necə əlaqə qurdular?
- Bir iranlı menecer vasitəsilə məni tapdılar.
- Tailanddan təklif aldığını eşidəndə nə fikirləşdin?
- Birinci dəfə duyanda çox ciddiyə almadım. Sonra danışıqlara başladıq. İran millisində çıxış edən futzalçı dostlarımla danışdım, onlardan Tailandda oynayanı olub, maraqlandım, ancaq təriflədilər. Açığı müqavilə şərtlərini də bəyəndim və getməyə qərar verdim. Sadəcə onlar mənə transfer təklifi edəndə bizim çempionatda 2-ci dövrə başlayırdı, ona görə gedə bilməzdim. Gözlədim, mövsüm bitdi və Tailanda yola düşdüm.
- Həmin vaxt onlarda çempionat başlamışdı?
- Bəli, mənsiz 5 oyun oynamışdılar. Heç kim düşünməsin ki, ora pis yerdir. Qətiyyən, çox yaxşı ölkədi və ordan əla xatirələrlə ayrıldım.
- Ancaq nədənsə tez geri döndün...
- Mən müqavilə imzalayanda əsas şərtlərdən biri o idi ki, ikitərəfli qaydada sənədə xitam vermək olar. Bu məni qane edirdi. Hər şeyi nəzərə almaq lazımdır. Yad və uzaq bir ölkədir.
- Səni orda necə qarşıladılar?
- Əvvəllər bilmirəm nədən qaynaqlanırdı, biraz soyuqluq vardı. Amma birinci oyundan sonra hər şey dəyişdi. Mehriban kollektiv id. Heyətdə mənimlə yanaşı bir braziliyalı da çıxış edirdi. Orda limit var, cəmi iki legioner çıxış etməlidi.
- Harda qalırdın?
- Komandanın bazası da var, oteli də. Mən oteldə qalırdım. Ora daha rahat idi.
- Tailandda futzala maraq necədi?
- Bizim görüşlərdə tribunalar yarıya kimi dolurdu. Orda maraq var, azarkeşlər futzalı sevir.
- Komanda yoldaşlarınla necə ünsiyyət qururdun?
- İngilis dilində. Mən danışa bilirəm, onların da çoxu ingiliscə bilir. Məşqçimiz isə rusca biraz bilirdi. Vaxtilə Qazaxıstanda işləyib. Orda legionerə çox böyük qiymət verirlər. Öz şəhərimizdə küçəyə az çıxırdım, çünki hamı məni tanıyırdı. Çalışırdım az görsənim. Mətbuat da daim futzal matçlarını geniş şəkildə işıqlandırır.
- Tailand liqası bizim futzal elitamızdan nə ilə fərqlənir?
- Orda daha çox qaçmaq lazımdı.
- Xətai, cənub-şərqi Asiya ölkələrinin mətbəxi çox zəngindir, həm də bəzi məqamlarda onların təamları bizim insanlara çox qəribə gəlir. Belə hallarla rastlaşanda nə edirdin?
- Bir müddət keçdikdən sonra Tailand yeməklərinə öyrəşdim. Mən əsasən dəniz məhsulları yeyirdim. Arada bir özümdə aşbazlıq edirdim. Amma elə gündə bişirirdim ki, yeyə bilmirdim(gülür). Orda əsas donuz əti yeyirlər. Mən ancaq toyuq və mal əti yediyim üçün komanda yoldaşlarım mənə gülürdü. Amma bəzən onlarda mən yeyəndən yeyirdi ki, sıxılmayım. Ona görə ora tez uyğunlaşdım.
- Orda daha çox qala bilərdin.
- Təbii ki, qala bilərdim. Ancaq birinci dövrə qurtarandan sonra Asiya Çempionatına görə 20 günlük fasilə oldu. Mən həmin vaxt Bakıya gəldim. Burda isə millinin toplanşı olacaqdı. Azı 3-4 dəfə gedib qayıtmalıydım. O ərəfələr "Araz"dan da təklif gəldi, onlara vəziyyəti başa saldım. Anlayışla qarşıladılar, problem yaratmadılar.
- Gələcəkdə yenidən ölkə xaricinə yollanmaq planın varmı?
- Əlbəttə. Gözəl bir təcrübə oldu. Tailanda yenidən çağırırlar. Ancaq hələ ki, bütün fikrimi "Araz"ın çıxışına cəmləmişəm.
Söhbətləşdi: Araz Əhmədov
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |