Ramil Quliyev: "Azərbaycan yığmasının şərəfini qorumaq istəyirəm" - EKSKLÜZİV
Futzal üzrə Azərbaycan Yüksək Liqası sentyabrın 23-də start götürəcək.
Mövsümə və avrokuboklara hazırlaşan Naxçıvanın "Araz" komandası yoxlama matçlarında qüvvəsini sınayır. Komandanın və yığmamızın köhnə-təzə yeni baş məşqçisi Alesio Da Silva artıq heyət 3yeni futzalçı cəlb edib. Onlardan ikisi mütəəxəssisin həmyerliləri olan Vilela və Qabrieldir. "Araz"a transfer olunan daha bir futzalçı isə Rusiyanın Neftyuqansk şəhərini təmsil edən "Blik" komandasının sabiq üzvü, azərbaycanlı Ramil Quliyevdir. "Araz"ın Yüksək Liqanın debütantı "Marafon"la keçirdiyi yoxlama matçından sonra 20 yaşlı futzalçı Sportfm.az saytının suallarını cavablandırıb.
- Ramil, sən Tümen futzalının yetirməsi hesab olunursan, Bakıya gəlişin necə alındı?
- Bəli, mən 6 yaşından Tümendə futzal bölməsinə yazılmışdım. 16 yaşım olanda isə əsas komandaya cəlb edildim. Ötən mövsümün gedişində mənə Azərbaycandan təklif gəldi. Sevinərək qəbul etdim. Valideynlərimdə mənim qərarımı dəstəklədilər.
- Rusiyada MFK "Tümen" və "Blik" klublarının şərəfini qorumusan. Bu komandalar heç vaxt avrokuboklarda çıxış etməyib. Hazırda formasını daşıdığın "Araz" isə böyük ambisiyaları olan və daim Avropada "oynayan" klubdur. Səviyyə fərqi səni qorxutmur?
- Qətiyyən, düşünürəm ki, bu mənim xeyrimədir. Təbii ki, buraya gəldikdə "Araz"ın necə güclü komanda olduğunu gözlərimlə gördüm. Heyətdə xeyli sayda səviyyəli futzalçı yer alır.
- Və demək olar ki, onların hamısı yığmamızın üzvləridir...
- Bakıya gəlmədən öncə, bu haqda məlumatım vardı. Mənim "Araz"ı seçməyimin əsas səbəblərindən biri məhz Azərbaycan yığmasının şərəfini qorumaq istəyimdir. Ən böyük arzum yığmamızın forması ilə meydana çıxmaqdır. Çətin olacağını bilirəm, ancaq hələ gəncəm və öz üzərimdə çox çalışmalı olduğumu yaxşı anlayıram.
- Alessio Da Silvanın çox tələbkar məşqçi olduğu söylənilir.
- Mən onun haqqında çox eşitmişdim. İndi özüm bunun şahidi oldum. Mükəmməl mütəxəssisdir.
Oxşar xəbərlər
Pulsuzluqdan şans qazanan futzalçılarımız Alesionu yenə "qaçırdacaqmı"? - QEYD
"Araz"ın futzalçısı niyə oyunu tribunadan izləyib?
EKOL "Araz"la bacarmadı
Alesio Da Silva:"Onların yığmanın şərəfini qoruyacaqlarını indidən deyə bilmərəm" - EKSKLÜZİV
Alesionun yeni braziliyalıları və çözülən Faiq Əliyev "düyünü"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası