reklam
Əzəmət Ələkbərli:
Sportfm.az xəbər saytı

Əzəmət Ələkbərli: ""Qəbələ" mənə çox doğmadır" -Müsahibə


Bu mövsüm limitin tətbiq edilməsi ilə Birinci Divizionda çıxış edən kollektivlər məcburiyyətdən heyətlərinə gənc futbolçular qatmalı oldular. Bu mövsüm iddialılar sırasında yer alan "Şüvəlan" heyətini belə istedadlı gənclərdən biri ilə gücləndirib. "Qəbələ" futbol akademiyasının 20 yaşlı yetirməsi olan Əzəmət Ələkbərli son turda qol da vurub. "Şüvəlan"ın "Zirə-2"yə qalib gəldiyi qarşılaşmada ilk qolu məhz müdafiəçi öz aktivinə yazdırıb. Arxasını özündən eşidək: "Gərgin görüş keçdi. Rəqibimiz çox qaçırdı. Qolu vurduğum epizodda müdafiəçinin səhv edəcəyini hiss etdim. Bizim üçün bu matçı 3 xalla başa vurmaq çox vacib idi. 

- Futbola gəlişin necə alınıb?

- Açığı futbola biraz gec gəlmişəm. 12 yaşım olanda dostlarıma qoşularaq, futbola yazıldım. Mingəçevirdə Samir Məmmədovun rəhbərliyi altında məşqlərə başladım. 

- Sonra "Qəbələ" futbol akademiyasının yolunu tutmusan. 

- Bir il sonra ora yollandım. Məşqçim Hüseynqulu Quliyev idi. Elə 13 yaşım olanda ilk çempionluğumu da "Qəbələ" forması ilə yaşadım. 

- Qəbələdə komandanın əvəzedici heyətinə qədər yüksəldin. 

- 2 mövsüm əvəzedici heyətdə yer almışam. İki dəfə ölkə çempionatının gümüş medallarını qazanmışam. 

- "Qəbələ"nin əsas heyətinə düşməyinə nə mane oldu? 

- Mən orda olduğum dönəmdə komandanın baş məşqçisi ukraynalı Roman Qriqorçuk idi. O isə müdafiədə fiziki cəhətdən güclü və ucaboy futbolçuları oynatmağa üstünlük verirdi. "Qəbələ" mənə çox doğmadır. Gələcəkdə orda əsas heyətdə çıxış edəcəyimə ümid edirəm. 

- Özünü hansı mövqedə rahat hiss edirsən? 

- Mən sol və mərkəz müdafiəçi kimi çıxış edirəm. Mənə ən rahat müdafiənin mərkəzidir. 

- Vaxtilə aşağı yaş qrupları üzrə milli komandalarımıza da cəlb olunmusan. 

- İlk dəfə U-15 millilisən çağırıldım. Bakıda keçirilən 17 yaşlıların Avropa çempionatında da yığmamızın heyətində yer almışam. Hətta Serbiya ilə görüşdə meydanda olmuşam. U-19 millisinə də cəlb edilmişdim, sadəcə zədə səbəbindən düşərgədən ayrılmalı oldum. 

- "Şüvəlan"a transferin necə alındı? 

- Ötən mövsüm çempionatın fasiləsində "Şüvəlan"la yoxlama matçında üz-üzə gəldik. 0-0 bərabərə bitən həmin qarşılaşmada baş məşqçi Aqil Nəbiyevin maraq dairəsinə düşdüm. Bu mövsümün əvvəlində isə "Şüvəlan"a keçdim. 

- Başqa komandalardan təklif var idi? 

- Bəli, 1-2 klubdan təklif almışdım, ancaq Aqil Nəbiyevlə çalışmağa üstünlük verdim. Düşünürəm ki, futbol oynamağım və "artırmağım" üçün əlverişli klubdur. Heyətdə Nodar Məmmədov, Rəhman Musayev, Əli Həsənli və s. təcrübəli futbolçular yer alır. 

Əzəmətin futbolda hədəfi nədir? 

- Milli komandamızın şərəfini qorumaq. Bunun üçün çox çalışmalı olduğumu bilirəm. Legioner həyatı da yaşamaq istərdim. Özümü sınamaq istəyirəm. 

Söhbətləşdi: Hidayət Əliyev

Oxşar xəbərlər

İspaniyaya yollanmağa hazırlaşan gənc azərbaycanlı oyunçu: "Futbolu mənə xalam sevdirib"
Futbola qardaşına görə gələn "Bavariya" fanatı Teymur - Müsahibə
"Fənərbaxça"nın "Miri"si: Futbol həyatımın ən böyük səhvini etdim - MÜSAHİBƏ
“Neftçi” Elvin Məmmədovu heyətinə qatacaq
Ramil Quliyev: "Azərbaycan yığmasının şərəfini qorumaq istəyirəm" - EKSKLÜZİV

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər