reklam
Sportfm.az xəbər saytı

"Ehtiyat skamyada əyləşmək istəmirəm" -Dani Sebalyos


“Real”ın futbolçusu Dani Sebalyos İspaniya mətbuatına açıqlama verib.

Sportfm.az xəbər verir ki, “Mundo Deportivo” nəşrinə danışan 23 yaşlı futbolçu, “Real”dakı gələcəyi haqda bunları deyib: 

“Komandanızda Toni Kroos və Luka Modriç kimi futbolçular olduğu halda, 23 yaşlı birinin klubda vacib elementlərdən biri olması çətindi. 

Ancaq qəti fikrim var, növbəti mövsüm üçün hədəflərimi müəyyənləşdirmişəm. Ehtiyat oyunçular skamyasında əyləşmək istəmirəm. Artıq mənim vaxtım gəlib. 

Yeni mövsümdə ən azı 40 oyunda iştirak edəcəyimi düşünürəm. “Real”da 23 futbolçu var və onlarla rəqabət aparmalısan.

İki il ərzində 55-60 oyunda olmuşam. Artıq öz bacarıqlarımı göstərmək istəyirəm.

“Real”la 4 illik müqaviləm var və ayrılmağı düşünmürəm. Bu komanda ilə uğurlar qazanmaq istəyirəm”.

Oxşar xəbərlər

Kroos 14 milyonluq təklifi qəbul etmədi
Kroos karyerasını bitirir - 2023-cü ildə
Daha 2 il Madriddə - Alman futbolçu
“Qızıl top”a namizədlər - Yeni siyahı
"“Real” “Barselona”nın hakimiyyətinə son qoydu" - Fabio Kapello

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər