"“Real” “Barselona”nın hakimiyyətinə son qoydu" -Fabio Kapello
“Real”ın keçmiş baş məşqçisi Fabio Kapello İspaniya mətbuatına açıqlama verib.
Sportfm.az xəbər verir ki, “Marca” nəşrinə danışan 74 yaşlı mütəxəssis, “Real”ın La Liqada çempionluğa layiq olduğunu deyib:
“Real” çempionluğa layiq idi. Ən yaxşı futbolu göstərdilər, çox qol vurdular, az da buraxdılar. “Real” “Barselona”nın hakimiyyətinə son qoydu və onların enişindən faydalandı. Ancaq bir şeyi dəqiq demək lazımdır ki, “Real” kiminsə köməyi ilə deyil, öz əziyyətiylə çempion oldu.
“Barselona” çətin vəziyyətdədir, bu hala necə düşdüklərini anlamırlar. Mənim üçün Ernesto Valverdenin ayrılması sürpriz oldu. Daha sonra Kike Setyen tamam başqa fəlsəfə ilə gəldi və komandada parçalanma oldu. “Barselona”nın yaxşı futbolçuları var, çoxu da köhnələrdir”.
La Liqada son mövsümdə “Real” 1-ci, “Barselona” isə 2-ci olub. Kapello 1996/97 və 2006/07 mövsümündə “Real”ı çalışdırıb.
Oxşar xəbərlər
“Real”da Benzema şoku - "El-Klassiko"nu buraxacaq
“Real” oyuna xüsusi formalarda çıxacaq – FOTO
Joao Feliks Messini arxada qoydu - La Liqa
Kapello dünyanın ən yaxşı futbolçusunun adını açıqladı
Robert Prosineçki və Rəşad Sadıqov kimə səs verdi?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino
-
Avropa çempionatında ilk medalı Əhməd Yusifov qazandı
-
30-cu turun oyun cədvəli açıqlandı - Premyer Liqa















Misli Premyer Liqası