reklam
Kroos karyerasını bitirir -
Sportfm.az xəbər saytı

Kroos karyerasını bitirir -2023-cü ildə


“Real”ın yarımmüdafiəçisi Toni Kroos 2023-cü ilin yayında karyerasını başa vura bilər.

Sportfm.az xəbər verir ki, 32 yaşlı almaniyalı Madrid klubu ilə 2022/23 mövsümünün sonunda başa çatacaq müqavilənin uzadılmasını müzakirə etməkdən imtina edib.

Yarımmüdafiəçinin karyerasının zirvəsində ayrılmağı planlaşdırdığı və gənc futbolçuların inkişafına mane olmaq istəmədiyi qeyd edilir.

“Kral klubu” artıq Kroosa əvəzləyici axtarışına başlayıb. Namizədlərdən biri “Flamenqo”nun braziliyalı yarımmüdafiəçisi Qomez da Silvadır.

Kroos bu mövsüm bütün turnirlərdə “Real”ın heyətində 8 matçda 2 məhsuldar ötürmə edib.

Oxşar xəbərlər

Almaniyalı futbolçu tarixə düşdü
Kroos 14 milyonluq təklifi qəbul etmədi
Daha 2 il Madriddə - Alman futbolçu
Premyer Liqa klubunun təklifindən imtina etdi
İsko İtaliyaya köçə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər