Akrobatlarımız yenə Minski fəth etdi
"Minsk 2019"un üçüncü günündə akrobatika gimnastlarımız ikinci Avropa Oyunlarında üçüncü medallarını qazanıblar.
Sportfm.az xəbər verir ki, akrobatika gimnastikası yarışındakı təmsilçilərimiz Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi cütlüyü qarışıq hərəkətlər üzrə qarışıq komandaların yarışında 29,540 xal toplayaraq oyunların gümüş medalına sahib olub.
Rusiyanı təmsil edən Viktoriya Aksenova - Kiril Startsev dueti 29,580 xalla ikinci Avropa Oyunlarının çempionu olub. Bürünc medala 29,420 xal toplayan Volna Melnik - Artur Belakurov cütlüyü (Belarus) layiq görülüb.
Xatırladaq ki, bu, Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxinin "Minsk 2019"da üçüncü medallarıdır. İdmançılarımız ötən gün bir gümüş və bir bürünc medal qazanıblar.
Oxşar xəbərlər
Gimnastlarımız Dünya Kubokunda gümüş medal qazandı - UĞUR
“Minsk 2019”-da ilk medal akrobatlarımızdan gəldi
Gimnastlarımız Dünya Kubokunda "gümüş" medal qazandı - FOTO
Bakıda akrobatika gimnastikası üzrə Dünya Kuboku keçiriləcək
Qarışıq cütlüyümüz Polşada fərqləndi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bir neçə futbolçumuzun başqa peşəsi var" - Konrad Fünfştük
-
"Litva və Lixtenşteyn tamamilə fərqli futbol oynayır" - Ayxan Abbasov
-
Azərbaycan millisi Lixtenşteynə qarşı - Millətlər Liqası
-
Millimiz 1-ci təsnifat mərhələsində iştirak edəcək - Avropa çempionatı
-
Türk futbolunun sabiq ulduzunun başı dərddə
-
Litva - Andorra - 3:0 - VİDEO















Misli Premyer Liqası