Bakıda akrobatika gimnastikası üzrə Dünya Kuboku keçiriləcək
Azərbaycan Gimnastika Federasiyası gimnastikanın daha bir növü üzrə beynəlxalq turnirə ev sahibliyi etməyə hazırlaşır.
Sportfm.az xəbər ki, noyabrın 17-18-də Milli Gimnastika Arenasında Bakıda ilk dəfə gimnastikanın ən maraqlı və həyəcanlı növlərindən olan akrobatika gimnastikası üzrə Dünya Kuboku yarışı təşkil ediləcək.
İki gün davam edəcək yarışda 2003-cü il təvəllüdlü və daha böyük gimnastlar kişi cütlüyü, qadın cütlüyü, qarışıq cütlük, qadın qrupu və kişi qrupu tərkibində mübarizə aparacaqlar. İlkin olaraq, Belarus, İsrail, Qazaxıstan, Portuqaliya, Rusiya və Ukrayna komandaları turnirdə iştirak etmək üçün qeydiyyatdan keçib.
Ölkəmizi bu kubokda sonuncu Avropa çempionatının bürünc medalçıları, qarışıq cütlüklərimiz Abdulla Əl-Məşayxi – Ruhidil Qurbanlı və Ağasif Rəhimov – Nurcan Cabbarlı təmsil edəcəklər. Kişi cütlüklərin proqramında isə dünya yaş qrupu yarışlarının (2016-cı il) gümüş medalçıları Seymur Cəfərov – Murad Əkpərov dueti ən yaxşı yer uğrunda mübarizə aparacaq.
Turnirdə ən yüksək icra xalını toplamış cütlüklər və qruplara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.
Oxşar xəbərlər
Bakıda ilk dəfə dünya çempionatı keçiriləcək - Akrobatika gimnastikası üzrə
Gimnastlarımız Dünya Kubokunda "gümüş" medal qazandı - FOTO
Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirildi - FOTO
Bakıda akrobatika üzrə dünya kuboku başladı
Bakıda akrobatika üzrə dünya kuboku keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası