Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Mahir Məmmədov FIDE-nin vitse-prezidenti seçildi -Üçüncü dəfə
Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadası çərçivəsində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) konqresi keçirilib.
Sportfm.az xəbər verir ki, ali şahmat qurumunda rəhbər vəzifələrə seçkilər baş tutub. Sentyabrın 26-da FİDE-nin yeni prezidenti müəyyənləşib. Qalib ikinci turda məlum olub. Timur Turlov 110 səslə seçkidə qalib gəlib və növbəti 4 il müddətinə ali şahmat qurumunun rəhbəri seçilib.
Bu gün digər rəhbər vəzifələrə seçkilər və təyinat rəsmiləşib. Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov növbəti 4 il müddətinə Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti seçilib.
Qeyd edək ki, AŞF rəhbəri Mahir Məmmədov ilk dəfə 2018-ci ildə FIDE-nin vitse-prezidenti seçilib, 2022-ci ildə isə ikinci dəfə bu vəzifədə işini davam etdirmək imkanı qazanıb.

Oxşar xəbərlər
Qazaxıstan Şahmat Federasiyasının rəhbəri FIDE prezidenti oldu
FIDE-nin keçmiş vitse-prezidenti dünyasını dəyişdi
Sərxan Həşimov vitse-prezident seçildi
Mahir Məmmədov FİDE-nin vitse-prezidenti seçildi
FİDE-də yeni prezident - vitse-prezident azərbaycanlı oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası