Gimnastlarımız Dünya Kubokunda "gümüş" medal qazandı -FOTO
Akrobatika gimnastikası üzrə Dünya Kubokunda kişi cütlükləri tərkibində çıxış edən Azərbaycan gimnastları Seymur Cəfərov və Murad Əkbərov (28,600 bal) gümüş medal qazanıblar.
Sportfm.az xəbər verir ki, "qızıl" medalı rusiyalı gimanstlar Timofey İvanov və Maksim Karavayev (29,182 bal), "bürünc" medalı isə qazaxıstanlı idmançılar Daniel Dil və Vadim Şulyar (28,583 bal) qazanıblar.
Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastiak Arenasında Akrobatika gimnastikası üzrə Dünya Kubokunun finallarına start verilib.
17-18 noyabr Bakıda ilk dəfə olaraq akrobatika gimnastikası üzrə Dünya Kuboku keçirilir. Beynəlxalq turnirdə Belarus, İsrail, Qazaxıstan, Hindistan, Rusiya və Ukrayna komandaları təmsil olunur.
Yarışlarda 2003-cü il təvəllüdlü və daha böyük gimnastlar kişi cütlüyü, qadın cütlüyü, qarışıq cütlük, qadın qrupu və kişi qrupu tərkibində mübarizə aparırlar.
Gimnastikanın ən maraqlı və həyəcanlı növlərindən biri olan akrobatika gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan komandasının heyətində son Avropa çempionatının bürünc medalçıları, qarışıq cütlüklərimiz Abdulla Əl-Məşayxi - Ruhidil Qurbanlı və Ağasif Rəhimov - Nurcan Cabbarlı çıxış edirlər. Kişi cütlükləri proqramında isə Dünya Yaş Qrupu Yarışlarının (2016-cı il) gümüş medalçıları Seymur Cəfərov - Murad Əkpərov ən yaxşı yer uğrunda mübarizə aparırlar.
Oxşar xəbərlər
Bakıda ilk dəfə dünya çempionatı keçiriləcək - Akrobatika gimnastikası üzrə
Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirildi - FOTO
Bakıda akrobatika üzrə dünya kuboku başladı
Bakıda akrobatika üzrə dünya kuboku keçiriləcək
Bakıda akrobatika gimnastikası üzrə Dünya Kuboku keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası