"Qəbələ"ni qoruyub saxlamaq üçün rəhbərliyimiz əlindən gələni edəcək" -Qurbanov
"Möhtəşəm andı, klub tarixində ilk dəfə kuboka sahib oldu".
Sportfm.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov deyib.
Azərbaycan kubokunun final qarşılaşmasında "Sumqayıt" üzərində 1:0 hesablı qələbə qazanan "qırmızı-qaralar" tarixində ilk dəfə ölkə kubokuna yiyələnib.
Matçdan sonra CBC Sport telekanalına açıqlama verən Qurbanov fikrini bu sözlərlə davam etdirib:
"Futbolçularımız əsl qəhrəmandılar. Çünki adlarını "Qəbələ"nin tarixinə qızıl hərflərlə yazdırdılar. Onlara böyük təşəkkür düşür, çox əziyyət çəkdilər.
Bütün güclərini ortaya qoyub kuboku qazandılar. Bu il çempionatda istədiyimiz yerdə olmasaq da, kuboka sahib çıxaraq iddialı klub olduğumuzu göstərdik".
Baş məşqçi avrokubok öncəsi büdcə ilə bağlı verilən sualı da cavablandırıb: "Artıq Avropa Liqasına vəsiqə qazanmışıq.
Avropada ölkəmizi təmsil edəcəyik. Rəhbərlik yəqin ki, sabahdan etibarən hərəkətə gələcək və lazımi qərarları verəcək.
"Qəbələ" böyük infrastruktura malik klubdu. Bunu qoruyub saxlamaq üçün rəhbərliyimiz əlindən gələni edəcək".
Oxşar xəbərlər
Azərbaycan kuboku tarixində bir ilk - Finalda eyni baş məşqçilər
Premyer Liqada 14-cü start
"Qəbələ" Sənan Qurbanovla bağlı qərar verdi - klubdan açıqlama
"Futbolçularım əsl qəhrəmandır" - Sənan Qurbanov
"Dördüncü dəfə məyus olmaq istəmirik" - Sənan Qurbanov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası