Azərbaycan kuboku tarixində bir ilk -Finalda eyni baş məşqçilər
Futbol üzrə Azərbaycan kuboku tarixində ilk dəfə ardıcıl ikinci finalda eyni baş məşqçilər iştirak edəcəklər.
Sportfm.az xəbər verir ki, Ayxan Abbasov 2018/2019-cu il mövsümündə olduğu kimi, yenə “Sumqayıt”ın “sükanı arxası”nda həlledici qarşılaşmaya vəsiqə qazanıb. “Keşlə”yə rəhbərlik edən Sənan Qurbanov isə 2 il öncə “Qəbələ”nin baş məşqçisi kimi buna nail olub. Ötən mövsüm yarımçıq dayandırıldığından baş tutan son finalın iştirakçıları 2 ildən sonra yenidən üz-üzə gələcək. Ölkə kubokunun 29 illik tarixində bunadək belə hadisə qeydə alınmayıb.
Həmçinin Sənan Qurbanov ardıcıl iki finala fərqli komandalarla yüksələn ilk mütəxəssisdir. Ona qədər bir neçə məşqçi 2, hətta 3 dəfə ardıcıl final həyəcanı yaşasa da, buna eyni komanda ilə nail olub.
Qeyd edək ki, baş tutan son finalda “Qəbələ” “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəlib.
Oxşar xəbərlər
“Sabah”ın tarixində ilk məhsuldar seriya - Premyer Liqa
"İkinci"lərdə əlamətdar final - Azərbaycan Kuboku
Tarixdə 3-cü dəfə
4-cü final, 29-cu duel
Ardıcıl 4-cü yarımfinal: "Qarabağ"la 52-ci oyun
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası