reklam
Sportfm.az xəbər saytı

"Dördüncü dəfə məyus olmaq istəmirik" -Sənan Qurbanov


Azərbaycan kubokunun finalında “Sumqayıt”la qarşılaşacaq “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov matç öncəsi fikirlərini klubun saytına açıqlayıb. 

Sportfm.az xəbər verir ki, 39 yaşlı mütəxəssis əllərindən gələni edəcəklərini deyib: 

“Bu oyun mən və komandamızda olan bəzi futbolçular üçün 4-cü final olacaq. Əvvəlki üç final matçında uğursuzluq yaşamışıq. Bunu dərk edirik. Belə bir şans yaranıb ki, kuboka sahib ola bilərik. Mövsümü titulla başa vurub avrokuboklara yollanmaq şansımız var. Futbolçular bunu yaxşı dərk edirlər. Sabah ağır oyun olacaq. Final bir matçdan ibarətdir. Maksimum gücümüzlə, tam konsentrasiya ilə mübarizə aparmaq və kuboku qazanmaq istəyirik. Ötənilki finalı yaxşı xatırlayırıq. Hansı çatışmazlıqların olduğunu analiz etmişik. Futbolçular dördüncü dəfə məyus olmaq fikrində deyil. Meydançada əlimizdən gələni edəcəyik. Bir olmalıyıq və zərbəni eyni nöqtəyə vurmalıyıq”.  

Qurbanov heyətdəki itkiləri hiss etdirməməyə çalışacaqlarını da qeyd edib: “Cəzalı futbolçular - Sabien Lilay, Amin Seydiyev, həmçinin xəstə olduğu üçün oyuna gətirilməyən Ceyms Adeniyi finalda iştirak edə bilməyəcək. Bu, finaldır. Hər bir futbolçu maksimum dərəcədə istəklidir. İtkilərimiz də, onların yerini dolduran oyunçularımız da var. Futbolçularımızın gücünə inanırıq. Sabah bunları meydançada göstərmək üçün əlimizdən gələni edəcəyik". 

Gənc mütəxəssis oyun planında dəyişiklik edilməyəcəyini bildirib: 

"Oyun planında dəyişiklik yoxdur. İlboyu eyni sistemi tətbiq etmişik. Rəqibi analiz etmişik. Onların güclü və zəif cəhətlərini futbolçularımıza göstərmişik. Adeniyinin edə bildiklərini meydana çıxacaq futbolçumuza tapşırmışıq. Çalışacağıq ki, oyun sistemini komanda şəklində reallaşdıraq. Bu stadionda oynamışıq. Yaxşı ab-hava var idi. Hava şəraiti də hər iki komanda üçün yaxşıdır, eynidir. Meydana çıxıb mübarizə aparmalıyıq”.

Oxşar xəbərlər

Laurentsiu Regekampf narazıdır: "Hazırlıq yaxşı getmir"
"Kimlər fiziki cəhətdən çatdırmasa, əvəzlənəcək" - Canni De Byazi
"Roberto Bordin əla məşqçidir" - Canni De Byazi
Azərbaycanlı məşqçi: "APOEL-i keçmək mümkünsüz deyil"
Nikola Yurçeviç: " Bəzi dəyişikliklər olacaq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər