Karateçimiz “Super 8” beynəlxalq turnirində iştirak edəcək
Azərbaycan karateçisi Ayxan Mamayev (84 kq) “Super 8” Xorvatiya kuboku beynəlxalq turnirinə dəvət alıb.
Sportfm.az xəbər verir ki, turnirdə 8 tanınmış karateçi iştirak edəcək. Xorvatiya Karate Federasiyasının təşkil etdiyi yarışda A.Mamayevlə yanaşı, Kenji Qrillon (Fransa), Erman Eltemur (Türkiyə), Miçele Martina (İtaliya), Alvin Karaqi (Kosova), Djordje Teşanoviç (Serbiya), Enes Qariboviç və Ante Mrviçiç (Xorvatiya) kimi dünya və Avropa çempionatlarının qalib və mükafatçıları mübarizə aparacaqlar.
Mütləq çəki dərəcəsində təşkil olunacaq turnir qrup sistemi üzrə keçiriləcək. Hər iki qrupun qalibi finalda, ikinci yeri tutanlar isə bürünc medal uğrunda yarışacaqlar.
Yarış mayın 11-də Zaqrebdə keçiriləcək.
Oxşar xəbərlər
19 idmançımız İtaliyada çıxış edəcək
Qurbanlı 500 avro qazandı
Asiman Qurbanlı medal şansını qaçırdı
20 Yanvar şəhidlərinin xatirəsinə beynəlxalq karate turniri keçiriləcək
Bakıda “Olimpiya ümidləri” beynəlxalq turnir keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Milli komandalarda yeni baş məşqçilər
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Mahir Məmmədov FIDE-nin vitse-prezidenti seçildi - Üçüncü dəfə
-
Yığmamızın Şotlandiya ilə matçının hakimləri bilindi
-
Azərbaycan millisi Litva ilə bərabərə qaldı - Millətlər Liqası
-
Azərbaycan millisi mübarizəyə başlayır - Millətlər Liqası















Misli Premyer Liqası