reklam
Asiman Qurbanlı medal şansını qaçırdı
Sportfm.az xəbər saytı

Asiman Qurbanlı medal şansını qaçırdı


Azərbaycan karateçiləri Avstriyada Karate1 Premyer Liqa turnirində iki medal qazanıblar.

Sportfm.az xəbər verir ki, Rafiz Həsənov (-67 kq) yarışın qalibi, İrina Zaretska (-68 kq) isə bürünc mükafatçı olub.

Yarışın son günü medal görüşlərinə çıxan digər idmançılarımız Ayxan Mamayev (-84 kq) və Asiman Qurbanlı (+84 kq) bürünc mükafat şanslarını əldən veriblər.

Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışının 3-cü mərhələsində 88 ölkədən 625 karateçi iştirak edib. Turnir karateçilərə həmçinin dünya və olimpiya reytinqi xalları qazandırıb. Beynəlxalq hakim Cahangir Babayev final görüşlərini idarə edən referilər arasında olub.

Oxşar xəbərlər

"Brilliant Oğlan" lisenziya üçün Avstriyaya yollandı
İdmançılarımız Premyer Liqada 2 medal qazandı
İdmançılarımız Madriddə mübarizəyə başlayır
Azərbaycan karateçiləri Seriya A-da qızıl və bürünc medal qazandı
9 azərbaycanlı Seriya A-da

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər