Qurbanlı 500 avro qazandı
Asiman Qurbanlı Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Qran-prinin "Top Ten" yarışında bürünc medal qazanıb.
Sportfm.az xəbər verir ki, turnirdə 12 idmançı iştirak edib. Qurbanlıdan başqa mükafatlar uğrunda Emil Pavlov və Petar Zaborski (hər ikisi Şimali Makedoniya), Nikola Maloviç (Monteneqro), Gabor Harspataki və Tadissi Matial (hər ikisi Macarıstan), Rijad Dzuho (Bosniya və Herseqovina), Miçele Martina (İtaliya), Erman Eltemur (Türkiyə), Ancelo Kvesiç və Enes Qariboviç (hər ikisi Xorvatiya), həmçinin Boqdan Trikoş (Serbiya) mübarizə aparıb.
4 qrupa bölünən idmançılar mütləq çəski dərəcəsində döyüşüb. Dairəvi sistemlə yarışın mükafatçıları topladığı ballar əsasında təyin edilib. Qalibə 2 000 avro, ikinci yeri tutan idmançıya 1 000 avro, üçüncü pilləyə çıxanların hər birinə isə 500 avro pul mükafatı verilib.
Oxşar xəbərlər
AVRO-2020-nin pley-off mərhələsində mübarizə aparacaq komandalar dəqiqləşdi - Cütlüklər
Cüdoçumuz Qran-pridə finala yüksəldi
Karateçimiz “Super 8” beynəlxalq turnirində iştirak edəcək
Yığmamız nə qədər gəlir əldə edəcək? - UEFA Millətlər Liqasının iştirakçıları üçün mükafatlar artırıldı
Tacikistan yığması dünya çempionatında on idmançı ilə təmsil olunacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası