Futzal Federasiyası bir araya toplandı -FOTO
Bu gün Azərbaycan Futzal Federasiyasının iclası keçirilib.
Sportfm.az xəbər verir ki, federasiyanın prezidenti Zaur Axundovun rəhbərliyi ilə keçirilmiş iclasda federasiya əməkdaşları ilə bərabər, play-off mərhələsinə yüksəlmiş “Araz”, “Neftçi”, “Xəzər Cənub” və EKOL komandalarının, eləcə də AFFA-nın Hakimlər Komitəsinin nümayəndəsi iştirak edib.
İclasda başa çatmaqda olan Yüksək Liqanın əsas mərhələsi haqda müzakirələr aparılıb, eyni zamanda play-off oyunlarına hazırlıq barədə çıxışlar dinlənilib. Federasiya rəhbərliyi qarşıdakı oyunlarla bağlı klubları maraqlandıran suallara aydınlıq gətirib, onlardan komanda üzvləri ilə meydanda oyun qaydalarına maksimum riayət olunması barədə söhbətlərin aparılmasını xahiş edib, eyni zamanda oyunlar zamanı respect və fair-play-ə əməl edilməsinin vacibliyi bildirilib.
Qeyd edək ki, Yüksək Liqada play-off oyunları mayın 8-də, 11-də və 14-də keçiriləcək. İki qələbə qazanan komanda finalda, məğlublar isə üçüncü yer uğrunda oyunda iştirak edəcək. Üçüncü yer və final qarşılaşmaları mayın 17-də Bakı İdman Sarayında keçiriləcək.
Oxşar xəbərlər
Futzal Federasiyası olmayan çempionatın hesabatını dinləyib
Klublarımız çətin durumda - Tələblər sərtləşdirilir
Play-off mərhələsinin oyunlarının tarixləri açıqlandı
Lisenziyalaşdırma qrupu UEFA seminarında
Futzal Federasiyasında yeniliklər - Zaur Hacı-Məhərrəmova vəzifə verildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası