reklam
Lisenziyalaşdırma qrupu UEFA seminarında
Sportfm.az xəbər saytı

Lisenziyalaşdırma qrupu UEFA seminarında


Fevralın 21-22-də Macarıstanın Budapeşt şəhərində UEFA-nın Klubların  Lisenziyalaşdırılması və Maliyyə “Fair Play” mövzusuna həsr olunmuş regional seminar keçiriləcək.

Sportfm.az xəbər verir ki, seminarda Lisenziyalaşdırma qrupunun rəhbəri  Sərxan Hacıyev, eləcə də Lisenziyalaşdırma qrupunun üzvləri Bəhram Dadaşov, Aynur Abdullayeva və Fərhad Ələkbərov iştirak edəcəklər. Seminarın əsas mövzusu UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə “Fair Play” qaydalarının (buraxılış 2018) tətbiqi və Maliyyə “Fair Play” qaydaları üzrə İT Solutions proqramı üzrə treninqlərin keçirilməsindən ibarət olacaq. Seminarda həmçinin klubların lisenziyalaşdırılması və maliyyə məsələləri üzrə digər məsələlər barədə müzakirələr aparılacaq.

Oxşar xəbərlər

AFFA rəsmiləri UEFA-nın seminarında iştirak etdi
AFFA rəsmiləri UEFA-nın seminarında iştirak etdi
AFFA rəsmiləri UEFA seminarında iştirak edəcək
AFFA rəsmiləri UEFA-nın seminarında iştirak edəcəklər
AFFA-da seminar keçirildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər