Azərbaycan çempionatına yekun vuruldu
Kişi həndbolçuların ardınca qadın idmançıların da ölkə çempionatına yekun vurulub.
Sportfm.az ki, sonuncu turun görüşlərində “Azərsu” “İdman Akademiyası”na 36:23 hesabı ilə qalib gəlib. Tbilisinin “Olimpiya” komandası “Gənclər Birliyi”nə 31:14 hesabı ilə qalib gəlsə də, “İdman Akademiyası”na məğlub olub – 26:32.
Cari mövsüm çempionluğu vaxtından əvvəl təmin edən “Azəryol” qızıl medala layiq görülüb. “Azərsu” gümüş, “Qarabağ” komandası isə bürünc mükafata sahib çıxıblar.
Kişi həndbolçuların mübarizəsini isə “Məhsul” komandası qələbə ilə başa vurub. “Bakı” ikinci, “Təhsil” isə üçüncü pillədə qərarlaşıb.
Fərqlənən komandalara və həndbolçulara federasiya tərəfindən diplom, medal və qiymətli hədiyyələr təqdim olunub.
Bağlanış mərasimində qalibləri təbrik edən Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti Orxan Abbasov digər iştirakçıları ruhdan düşməməyə çağırıb. Həndbolçularımızı iyulda daha bir ciddi sınağın gözlədiyini deyən federasiya rəsmisi Avropa Gənclər Yay Olimpiya Festivalında komandalarımıza uğurlar arzulayıb.
Oxşar xəbərlər
Azərbaycan çempionatının qalibləri mükafatlandırıldı
"Azərsu" məğlub olsa, çempiondur
"Azərsu" və "Qarabağ" qalib gəldi
Həndbol üzrə XXV Azərbaycan çempionatına start verildi
"Nur" qələbələri sıralayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ" - "İmişli" - START HEYƏTLƏR
-
"Turan" Konfrans Liqasında, "Qarabağ" Avropa Liqasında iştirakını rəsmiləşdirdi
-
“Şamaxı” “Turan Tovuz”a, “Qarabağ” “İmişli”yə qarşı - Premyer Liqa
-
Tunis millisinin heyəti açıqlandı - DÇ-2026 üçün
-
“Sabah” – “Neftçi” matçında canlı ifa
-
"Şamaxı" - "Turan Tovuz" - START HEYƏTLƏR















Misli Premyer Liqası