Həndbol üzrə XXV Azərbaycan çempionatına start verildi
Oktyabrın 7-də həndbol üzrə XXV Azərbaycan çempionatına start verilib.
Sportfm.az xəbər verir ki, çempionatın açılış oyununda “ABU Arena”da kişilərdən ibarət “Bakı” və “Məhsul” komandaları üz-üzə gəliblər. Oyun “Məhsul” kollektivinin 29:24 hesablı qələbəsi ilə yekunlaşıb.
Sonra meydana qadın həndbolçular çıxıblar. “Azəryol” komandası ilə qarşılaşan "Qarabağ" klubu rəqibini minimal hesabla məğlub edib - 25:24.
Daha sonra yubiley çempionatın açılış mərasimi keçirilib.
Açılış mərasimində çıxış edən Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti Orxan Abbasov idmanın bu növü üzrə əldə edilən nailiyyətlərdən danışıb. Vitse-prezident komandaların sayının ötən illərə nisbətən artdığını vurğulayaraq, həndbol həvəskarlarını maraqlı çempionatın gözlədiyini bildirib.
Açılış mərasimindən sonra keçirilən günün sonuncu oyununda isə qadın həndbolçular arasında “Azərsu” və “Nur” kollektivləri mübarizə aparıblar. Gərgin və maraqlı keçən görüşdən “Azərsu” klubu 30:26 hesabı ilə qalib ayrılıb.
Oxşar xəbərlər
Həndbol üzrə XXVII ölkə çempionatına start verildi
Azərbaycan çempionatına yekun vuruldu
Ölkə kuboku yarışlarının qalibləri müəyyənləşdi
Həndbol üzrə Azərbaycan kuboku turnirinə yekun vuruldu
"Nur" qələbələri sıralayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası