Azərbaycan çempionatının qalibləri mükafatlandırıldı
“AHF Arena”da kişilər arasında keçirilən son iki turun oyunları ilə həndbol üzrə Azərbaycan çempionatına yekun vurulub.
Sportfm.az xəbər verir ki, 27-ci turun ən maraqlı görüşündə “İdman Akademiyası” ilə “Bakı” üz-üzə gəlib.
Gərgin mübarizə ilə yadda qalan oyunun əsas vaxtı 39:39 hesabı ilə bitdiyindən məsələyə aydınlıq gətirmək üçün penaltilərə ehtiyac duyulub. Zərbələri daha dəqiq yerinə yetirən “tələbələr” növbəti qələbəni rəsmiləşdiriblər – 42:41.
Turun digər oyunlarında “Məhsul” “Dinamo”ya 35:27, “Təhsil” RİOEUGİM-ə 28:13 hesabı ilə qalib gəlib.
“Bakı” ilə “İdman Akademiyası”nın 28-ci turdakı dueli də gərgin və maraqlı mübarizə şəraitində keçib. Bu qarşılaşmanın da əsas vaxtı bərabərliklə bitib – 35:35. Penaltilərdən bu dəfə daha yaxşı yararlanaraq “Bakı” istəyini reallaşdıra bilib – 37:36. “Dinamo” – “Məhsul” görüşü 13:17, RİOEUGİM – “Təhsil” matçı 19:24 hesabı ilə nəticələnib.
Sonra ölkə çempionatının bağlanış mərasimi olub. 28 may Müstəqillik günü münasibəti ilə iştirakçıları təbrik edən AHF-nin baş katibi Yusif Atakişiyev, İdman şöbəsinin müdiri İsgəndər Əsgərov, Olimpiya çempionu Lyudmila Şubina budəfəki çempionatın daha gərgin mübarizə şəraitində keçdiyini bildirib, bu mövsüm komandaların sayının artırılmasını sevindirici hal kimi qiymətləndiriblər.
Dövlət himni səsləndirildikdən sonra komandalara diplom medal və hədiyyələr təqdim olunub.
Nəticələrə əsasən, kişi həndbolçular arasında “İdman Akademiyası” 60 xalla Azərbaycan çempionu adına layiq görülüb. “Dinamo” 52 xala ikinci, “Məhsul” 50 xalla üçüncü yeri tutub.
Qadınlar arasında mübarizədə isə “Azəryol” qızıl, “Qarabağ” gümüş, “İdman Akademiyası” isə bürünc medallara layiq görülüb.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkil etdiyi yarışda ümumilikdə 7 kişi (Bakı, Təhsil, Məhsul, İdman Akademiyası, Dinamo, RİOEUGİM, U-16) və 5 qadın (Azəryol, Qarabağ, İdman Akademiyası, Azərsu, U-16) kollektivi mübarizə aparıb.
Oxşar xəbərlər
Təxirə salınmış oyunların qalibləri məlum oldu - Azərbaycan çempionatı
Azərbaycan çempionatında daha iki turun oyunları baş tutdu
Daha iki qələbə - Azərbaycan çempionatı
Yığmamız 33 top buraxdı - Tura baxış
“Təhsil”dən böyükhesablı qələbə - Azərbaycan çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası