FIG məşqçilik kurslarının nəticələri açıqlandı -FOTO
Azərbaycan Gimnastika Federasiyası (AGF) Bakıda batut gimnastikası üzrə yerli məşqçilər üçün birinci dərəcəyə aid kurslar təşkil edib.
Sportfm.az xəbər verir ki, Beynəlxalq Gimnastika Federasiyası (FIG) Akademiyası tərəfindən keçirilən kursların nəticələri açıqlanıb.
Kurslarda iştirak etmiş 13 məşqçimizin hər biri imtahanları uğurla verərək, beynəlxalq sertifikatlar alıb və məşqçilik üzrə birinci dərəcəyə sahib olublar.
Qeyd edək ki, həm nəzəriyyə, həm də təcrübi hissələrindən ibarət olan kurslarda biomexanika, anatomiya və psixologiya mövzuları üzrə təlimlər FIG-nin mütəxəssisləri Santos Mendes Eduardo Corge (Portuqaliya) və Korradi Maria Karolina (Argentina) tərəfindən keçirilib.
Oxşar xəbərlər
Bakıda keçiriləcək dünya kuboklarının tarixi bilindi
Azərbaycan Gimnastika Federasiyası birinci oldu
Məşqçilik kurslarının nəticələri açıqlandı
Bakıda məşqçilik kursları başlandı - FOTO
Bakı batut gimnastikası üzrə 26-cı Avropa çempionatına hazırlaşır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası