Məşqçilik kurslarının nəticələri açıqlandı
Azərbaycan Gimnastika Federasiyasının (AGF) yerli məşqçilər üçün təşkil etdiyi və Beynəlxalq Gimnastika Federasiyası (FIG) Akademiyası tərəfindən keçirilən kişi idman gimnastikası üzrə 2-ci dərəcəyə aid məşqçilik kurslarının (16-22 yanvar) nəticələri açıqlanıb.
Sportfm.az xəbər verir ki, Bakıda baş tutan kurslarda iştirak etmiş 12 məşqçimizin hər biri imtahanları uğurla verərək beynəlxalq sertifikatlar alıb və məşqçilik üzrə 2-ci dərəcəyə sahibləniblər.
Qeyd edək ki, həm nəzəriyyə, həm də təcrübi hissələrindən ibarət olan kurslarda biomexanika, anatomiya və psixologiya mövzuları üzrə təlimlər FIG-nin mütəxəssisləri Levit Andrey (Polşa) və Kris Evans (Böyük Britaniya) tərəfindən keçirilib.
Oxşar xəbərlər
31 məşqçimiz IJF imtahanından keçdi
İdman gimnastikası üzrə Dünya Kubokunun püşkatma mərasimi keçirildi
Azərbaycan Gimnastika Federasiyası birinci oldu
FIG məşqçilik kurslarının nəticələri açıqlandı - FOTO
Bakıda məşqçilik kursları başlandı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası