Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bakıda keçiriləcək dünya kuboklarının tarixi bilindi
Azərbaycan Gimnastika Federasiyası (AGF) tərəfindən təşkil olunan batut və idman gimnastikası üzrə ənənəvi dünya kuboklarının növbəti il üçün tarixləri müəyyənləşib.
Sportfm.az xəbər verir ki, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcra Komitəsinin bir neçə gün əvvəl videokonfrans formatında keçirilmiş görüşündə 2021-ci ildə təşkil ediləcək dünya kubokları, eləcə də "challenge” seriyalı dünya kuboklarının məkan və tarixləri barədə qərar qəbul edilib.
Beləliklə, növbəti ildə Milli Gimnastika Arenası batut gimnastikası və tamblinq üzrə dünya kubokuna fevralın 13-14-də, idman gimnastikası üzrə dünya kubokuna isə martın 4-7-də ev sahibliyi edəcək.
Cari il aprelin 24-26-da keçirilməli olan, lakin pandemiya səbəbindən təxirə salınmış bədii gimnastika üzrə dünya kuboku isə gələn il mayın 7-9-da təşkil ediləcək.
Oxşar xəbərlər
2024-cü ildə Bakıda üç dünya kuboku keçiriləcək
Bakıdakı dünya kubokunun tarixi açıqlandı - RƏSMİ
İki Avropa çempionatı Azərbaycanda
Bakıda Dünya Kuboku
Bakı batut gimnastikası üzrə 26-cı Avropa çempionatına hazırlaşır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası