reklam
Bakı batut gimnastikası üzrə 26-cı Avropa çempionatına hazırlaşır
Sportfm.az xəbər saytı

Bakı batut gimnastikası üzrə 26-cı Avropa çempionatına hazırlaşır


Gələn il aprelin 12-dən 15-dək Bakıda batut gimnastikası, tamblinq və ikili mini batut üzrə 26-cı Avropa çempionatı keçiriləcək.

Sportfm.az ki, ötən həftə cari ilin sonuncu Avropa çempionatı başa çatdıqdan sonra diqqət 26-cı qitə birinciliyinə yönəlib.

Bakıda keçiriləcək batut gimnastikası üzrə Avropa çempionatının yerli təşkilat komitəsinin təşəbbüsü ilə Avropa Gimnastika İttifaqının (UEG) baş direktoru Liza Uortman (Almaniya), batut gimnastikası üzrə texniki komitəsinin prezidenti Vladimir Zeman (Çexiya) və UEG-nin işçi heyəti Milli Gimnastika Arenasında olub.

Milli Gimnastika Arenası proqramına tamblinq, ikili mini batut və batut gimnastikası üzrə fərdi və sinxron çıxışların daxil olduğu və iki ildən bir keçirilən Avropa çempionatı üçün ideal məkandır. Birinci Avropa Oyunlarının gimnastika yarışları məhz bu məkanda ən yüksək səviyyədə təşkil edilib. Əminliklə demək olar ki, hər il dünya kubokları seriyalarına uğurla ev sahibliyi edən Azərbaycan bu sahədə zəngin təcrübəyə malik peşəkar təşkilatçıdır.

 

Oxşar xəbərlər

Gimnastımız bürünc medalı qazandı - Avropa çempionatı
Batut gimnastikası üzrə Azərbaycan çempionatları keçiriləcək
İdmançımız Avropa Çempionatının yarımfinalında
Bakıda Dünya Kuboku
Bakı Olimpiya Oyunlarının təsnifat yarışlarına ev sahibliyi edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər